XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

11 Yanvar 2016 - 14:00

İran hərbçilərinin Azərbaycan əsgərlərinə təlim keçməsini əks etdirən video yayılıb – [color=red] FOTO

 

iran ordu azeri.jpg

İran KİV-lərində qonşu ölkənin hərbçilərinin 1990-cı illərin əvvələrində Azərbaycan ordusuna hərbi təlim keçməsini əks etdirdən videolar yayılıb.

Strateq.az Səhər TV-yə istinadən bildirir ki, Təbrizdə çıxan KİV-lər İran hərbi məsləhətçilərinin Azərbaycan Respublikasında iştirakı ilə bağlı videoları yayımlayıb.

Bu videokadrlarda hazırda İslam Şurasında Ərdəbildən millət vəkili olan Mənsur Həqiqətpurun başçılığı ilə iranlı hərbi məsləhətçilərin Azərbaycan hərbçiləri və əsgərlərinə təlimlər keçməsi öz əksini tapıb.

Həqiqətpur həmçinin Azərbaycan Respublikası ordu qüvvələrinin hərbi manevrlərinə başçılıq edib.

Videoda Azərbaycanın mərhum prezidenti Heydər Əliyev və Mənsur Həqiqətpurun birlikdə hərbçilərin manevrinə baxması əks olunub.

Azərbaycan ordusunun İranla  əməkdaşlığı 1993-1995-ci illər arasında təxminən 1,5 il davam edib.

http://www.aparat.com/v/Jw0Lx