Hakimiyyət əleyhinə sərt çıxışları, sosial şəbəkələrdəki radikal status və paylaşımlarıyla tanınan və buna görə də dəfələrlə təzyiqlərə məruz qalan, hətta həbs edilən AXCP üzvü Kəmalə Bənənyarlını Avropaya buraxmayıblar. AXCP üzvlərindən Strateq.az-a daxil olan məlumata görə, xeyli müddətdir Azərbaycanı tərk edərək Gürcüstana yerləşən Kəmalə Bənənyarlı Almaniyadan siyasi sığınacaq almaq istəsə də, gözlənilmədən onun sənədlərində hansısa çatışmazlıqların olduğu əsas gətirilərək, AXCP üzvünə viza verilməyib. Hazırda Kəmalə Bənənyarlının Gürcüstanı da tərk etdiyi və müvəqqəti olaraq Litvada yerləşdiyi bildirilir. Kəmalə Bənənyarlı ilə bərabər, onun övladlarının da artıq ölkəni birdəfəlik tərk etdiyi söylənir.
Strateq.az