XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

12 Yanvar 2016 - 04:35

İŞİD-in xəzinəsi məhv edildi – [color=red]Əməliyyatı ABŞ hərbçiləri həyata keçirib

isid-66.jpg

Amerika təyyarələri İŞİD-in xəzinəsinin yerləşdiyi binanı məhv ediblər. Bu barədə CNN telekanalı məlumat yayıb.

Telekanalın mənbələri Mosulda yerləşən bu xəzinədə nə qədər pul olduğunu, hansı valyutada saxlandığını  dəqiq söyləməsələr də, söhbətin “milyonlardan getdiyini”  bildiriblər.

Telekanalın məlumatına görə, 900 kiloqramlıq bombalar İŞİD-in maliyyə mərkəzini dərhal dağıdıb. Bu əməliyyatın səmərəsi isə uzun müddət hiss olunacaq. Telekanalın müsahibləri bildiriblər ki, ABŞ İŞİD-in maliyyə mərkəzləri və infrastrukturuna yeni zərbələr planlaşdırır. Bu, İŞİD-in dövlət kimi fəaliyyət göstərməsinin qarşısının alınmasına da hesablanıb.

Anonim qlamaq istəyən ABŞ hərbi qurumlarının təmsilçiləri bildiriblər ki, maliyyə mərkəzinə zərbələr endirilməsi qərarını vermək o qədər də asan olmayıb. Çünki obyekt şəhərin dinc əhalinin yaşadığı hissəsində yerləşib. Sakinlər gündüz saatlarında binanın yaxınlığında olduğundan, İŞİD mənsubları isə gecələr hərəkət etdiyindən, zərbələr bazar günü səhər saatlarına yaxın endirilib.

Hərbçilər əvvəlcədən zərbələr nəticəsində 50 nəfərə yaxın dinc sakinin xasarət ala biləcəyini təxmin ediblər. Buna baxmayaraq, əməliyyatın vacibliyi nəzərə alınaraq,  bu halda belə zərbələrin endirilməsinə qərar verilib. İlkin məlumatlara görə, dinc sakinlər arasında daha az adam həlak olub. Onalrın sayının ilkin olaraq 7-8 nəfər olması ehtimal edilir.

CNN isə öz tərəfindən qeyd edir ki, son həftələr ABŞ hərbi əməliyyatlar vacib olanda, dinc sakinlər arasında tələfat olmasına daha “tolerant” yanaşmağa başlayıb…

ABŞ-ın Mosuldaki İŞİD xəzinəsi barədə haradan məlumat alıdığını CNN-in mənbələri açıqlamayıblar. Bu barədə məlumat aldıqdan sonra obyekt bir müddət müşahidə edilib. Elə məqam seçilməsinə çalışılıb ki, havadan zərbələr endirilən zaman  radiusda daha az dinc sakin olsun.

CNN qeyd edib ki, son zamanlar İŞİD-in neft satışından sabit gəlir əldə etməsi və maliyyə imkanları ABŞ və Qərb ölkələrinin diqqət mərkəzinə gəlib. ABŞ hərbiçilərinin məlumatına görə, neft infrastrukturuna zərbələr nəticəsində İŞİD-in gəlirləri 30% azalıb.

Rusiyanın newsru.com saytı xatırladır ki, bu il yanvarın əvvəlində ABŞ bəyan etdi ki, Koalisiya qüvvələri 2015-ci il ərzində 2.5 min İŞİD yaraqlısını məhv edib.  Hazırda isə Suriya və İraqda 30 minə yaxın İŞİD mənsubu nunolması təxmin edilir.

Vaşinqtonda həmçinin hesab edirlər ki, Koalisiyasının hərbi əməliyyatları İŞİD-in İraqda  nəzarət etdiyi ərazinin 40% daralmasına səbəb olub. Suriyada isə onun nəzarətində olan ərazi 20% azalıb.

Rusiya aviasiyası da İŞİD-in hərbi obyektlərinə və neft infrastrukturuna zərbə vurur. Rusiya hərbi strukturlarının məlumatına görə, əməliyyatlar başlayandan bəri 2000-dən çox sistern məhv edilib, çoxlu sayda neft hasilatı və nəqli obyektləri dağıdılıb.

Strateq.az