İstanbulun mərkəzində – «Sultanəhməd» meydanında partlayış olub.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilir. Şahidlər meydanda cəsəd qalıqları gördüklərini deyirlər.
Hadisə yerinə xeyli sayda polis və təcili yardım maşını cəlb olunub.
Yaralıların çoxunun turist olduğu bildirilir.
İlkin məlumatlara görə, ən azı, 10 nəfərin canını alan terror hadisəsi "canlı bomba" tərəfindən həyata keçirilib.