XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 January 2016 - 10:35

Lənkəranda bahalaşmaya etiraz: [color=red] Camaat magistral yolu bağlayıb – VİDEO, FOTOLAR

Bu gün Lənkəran rayonunun Liman şəhərinin sakinləri Bakı-Astara yolunu bağlayıblar.

Bu barədə Strateq.az-a rayon sakinləri məlumat verib. Kortəbii başlayan etiraz aksiyası zamanı son devalvasiyaya və bahalaşmaya etiraz edilib.

Vətəndaşlar magistral yolu kəsərək maşınların yolunu bağlayıblar.

Bir saatdan sonra aksiya yerinə gələn icra hakimiyyətinin rəsmiləri əhali ilə danışıqlardan sonra camaat yolu açıb.

Hazırda icra məmurları ilə danışıqlar aparılır.  

***

Baş verən etiraz aksiyası ilə bağlı Lənkəran şəhər seçki dairəsindən Milli Məclisə deputat seçilən Rüfət Quliyev modern.az saytına açıqlama verib. O qeyd edib ki, hazırda Limanda vəziyyət stabilləşib:

“Bir qrup insan kommunal xidmət haqlarını verə bilmir. İşıq və qaz idarəsinin əməkdaşları mənzillərə qaz və işıq verilişini dayandırıb.Əhali ilə rəsmilər arasında razılıq əldə olunub. Qərara alınıb ki, əmək haqları alınan zaman insanlar borclarını ödəsinlər. Məsələ bununla da bitib”.

Deputat eyni zamanda Liman sakinlərinin çətin vəziyyətdə olduğunu vurğulayıb:“Nəzərə almaq lazımdı ki, Limanda yaşayan sakinlər ata-babadan balıqçılıqla dolanıblar. Balıq ovu ilə bağlı qanunlar sərtləşdirildiyindən insanların yaşayışı çətinləşib”.

***

Lənkəran şəhər İcra Hakimiyyəti aksiya ilə bağlı açıqlama yayıb. “Qafqazinfo”ya daxil olan açıqlamada bildirilir: “Bu gün 100-ə yaxın sakin Ələt-Astara yolunu bağlamağa cəhd edib. Lənkəran şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin onlarla profilaktik söhbətindən sonra aksiya iştirakçıları dağılışıblar. Hazırda Liman şəhərində və rayon ərazisində vəziyyət sabitdir”.

 

https://www.youtube.com/watch?v=R_ouXgHO34Q