XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 January 2016 - 11:03

İstanbuldakı terrorda ölən və yaralananların sayı açıqlandı [color=red](FOTO, VİDEO)

Bir neçə saat əvvəl İstanbulun «Sultanəhməd» meydanında baş verən partlayışda 10 nəfərin öldüyü, 15 nəfərin yaralandığı açıqlanıb.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb.

Yaralılardan 9-nun Almaniya, 1-nin Norveç, 2-nin də Peru vətəndaşı olduğu bildirilir.

İlkin ehtimallara görə, partlayışı «canlı bomba» törədib. Əraziyə xeyli sayda polis, təhlükəsizlik qüvvələri və təcili yardım maşınları cəlb olunub. Polisin həyata keçirdiyi əməliyyata havadan helikopterlə dəstək verilir.

Meydandakı «İslam əsərləri» muzeyinin qarşısında baş verən partlayışın dəhşətli gurultusu İstanbulun bir neçə bölgəsində aydın eşidilib.