Hillari Klintonun dərc edilmiş yazışması Nikola Sarkozinin Liviyadakı əsil məqsədləri və Amerikanın Bernar-Anri Leviyə kinayəli münasibətindən xəbər verir. 2011-ci ildə müharibənin qızğın vaxtında amerikalılar Sarkozinin əsil məqsədləri haqda düşünür və Bernar-Anri Levinin bu avantüradakı rolunu lağa qoyurdular.
Bu tarixi mərhələ ABŞ-da keçmiş dövlət katibinin şəxsi yazışması ətrafında qızışmış qalmaqalın lap ortasında göründü. Hillari Klintonun ilin başlanğıcında yayılmış elektron məktublarının yeni qismi (yeri gəlmişkən, birbaşa Dövlət Departamentinin saytında bunlarla tanış olmaq mükündür) Fransanın keçmiş prezidentinin Liviyada əsasını qoyduğu müharibəyə toxunur.
Sidni Blyumental (Bill Klintonun Ağ Evdəki keçmiş əməkdaşı və Hllarinin çoxdankı dostu) 2011-ci il aprelin 2-də o zaman Liviya üsyançılarını dəstəkləməyi qət etmiş Nikola Sarkozinin motivlərini qiymətləndirməklə dövlət katibinə məktub göndərib. Məktubda humanitar böhrandan və yaxud dinc əhali üçün təhlükədən deyil, strateji, iqtisadi və siyasi maraqlardan (və əhəmiyyəti az olmayan qızıldan) danışılır.
Məlumat toplayan
The Washington Post-dan Devid İqnatiusun yazdığı kimi, Blyumental Liviya üzrə məlumatları MKİ-nin keçmiş əməkdaşı Tayler Dramhellerdən alıb. Başqa qaynaqlar informasiyanın mötəbərliyi xüsusunda şübhələrini bildirdi, lakin Hillari (onu öz komandasına götürmək istəyirdi, lakin Ağ Evdən mane oldular) ona qulaq asmağı davam etdirirdi: Foreign Policy-in rəyinə görə, o, Hillari üçün “qeyri-rəsmi məlumat toplayan” idi.
Məktubda Nikola Sarkozini Liviyada müharibəyə sürükləyən beş amildən ibarət siyahı verilir:
– Liviya neftindəki payı artırmaq səyi;
– Fransanın Quzey Afrikada təsirini gücləndirmək;
– Fransada daxili siyasi durmu yaxşılaşdırmaq;
– Fransa ordusuna dünyada öz vəziyyətini yaxşılaşdrmaq imkanı vermək;
– Qəzzafinin Qərbi Afrikada üstünlük təşkil edən dövlət qismində Fransanın əvəzlənməsi üzrə uzunmüddətli planlarına dair müşavirlərin rahatszılığını səngitmək.
Bundan başqa, məktubda Qəzzafinin xəzinəsinin (143 ton qızıl və təxminən, o qədər də gümüş) mövcudluğu qeyd olunur. Guya hərbi əməliyyatlar başlanandan iki həftə sonra xəzinəni Tripolidən Səbhaya (Liviyanın güneyi) gətiriblər: “Bu qızıl indiki üsyana qədər toplanıb və Liviyanın qızıl dinarına söykənməklə panafrika valyutasının yaradılması üçün nəzərdə tutulub. Plan bundan ibarət idi ki, Afrikanın fransızdilli ölkələrində franka alternativ kimi təqdim edilsin”.
7 milyard dollar
Məktub müəllifi bu ehtiyatı 7 milyard dollara qiymətləndirir və dəqiqləşdirir ki, onun mövcudluğunu qiyam başlanandan sonra fransız kəşfiyyatı müəyyən edib: “Bu, prezident Sarkozinin Liviyada əməliyyata başlamaq qərarına təsir edən amillərdən biri oldu”.
O zamanlar Qəzzafinin qızılları və Afrika planları haqda xeyli şayiələr dolaşırdı ki, bu da ən müxtəlif nəzəriyyə və spekulyasiyalar üçü münbit şərait yaratmışdı.
Xatırladaq ki, hərbi əməliyyatlar 2011-ci il matın 19-da ABŞ-ın dəstəyi (buna nail olmaq asan olmadı) və Fransa və Böyük Britaniyanın təşəbbüsü ilə başlandı.
Bernar-Anri (o, Liviya avantürasının başında dururdu) martın 29-da, yəni bu məktubdan üç gün öncə “Xoşagəlməz müharibə” kitabında Nikola Sarkozi ilə söhbətindən danışırdı: “O, “getməyə hazırlaşan” Barak Obamaya açıqlanmışdı. Onunla axşama yaxın söhbət etmişdi. Söhbət sərt alındı. Olduqca ciddi və sərt. Və o, əmin idi ki, ABŞ yaxasını kənara çəkməyə cəhd edir. O deyirdi: “Qəribədir, əvvəlcə lehinə idilər. Qəti şəkildə. Obamanın özü Qeyts və Klintonla mübahisədə qərar qəbul etmişdi. Lakin indi… Başa düşmürəm, nə baş verir… O, dala çəkildi, buna əminəm”.
Bernar-Anri Levi – faydalı sarsaq
“Liviya Mulli Şurasının üzvləri Sarkozinin dövri emissarı Bernar-Anri Levini yalançı intellektual, qismən faydalı, lakin yöndəmsiz şəxsiyyət hesab edirlər”.
Klinton bu məktubu alarkən Levi Nyu-Yorkda idi və Liviyaya müdaxiləyə dəstək üçün fəal informasiya kampaniyasının aparılması ilə məşğul olurdu.
Klintonun yazışmasına inanılsa, dövlət katibi bütün bu müddətdə Fransanın Liviyadakı fəlaiyyətinə inamsızlıqdan xəbər verən məlumatlar alırdı.
Blyumental aprelin 19-da Liviya Milli şurasının nə fransızların, nə də ingilislərin qələbə üçün gərəkən silahları onlara verməyə hazırlaşmamağından rahatsız olan üzvlərinə isnad edirdi.
“Onlar Fransanın mövqeyindən xüsusən narazıdırlar, çünki onların sözlərinə görə, xarici kəşfiyyaın zabitləri üsyanın lap başlanğıcında üsyançıların liderləri ilə görüşüb və döyüşlər başlayandan sonra yardım etməyi vəd edərək Qəzzafiyə qarşı çıxış etməyə təhrik ediblər”.
Hillari Klintonun məktuba cavabı: “Aydındır. Müstəmləkəni ölkənin əlindən almaq olar, lakin bu, onu müstəmləkəçilik refleksindən xilas etmir”.
Blyumental həmçinin qeyd edir ki, fransız kəşfiyyatı amerikalılara olduqca yaxın saydığı Xəlifə Həftarın ziyanına olaraq general Əbdülfəttah Yunislə (Qəzzafi ordusunun bu zabiti qiyamçıların tərəfinə keçmişdi) münasibətləri fəal şəkildə inkişaf etdirir… Yunis 2011-ci ilin iyulunda aydınlaşdırılmamış şəraitdə öldürüldü, Həftar isə bu gün Liviya böhranında həlledici rollardan birini oynayır.
Yelisey sarayındakı Molyer
Blyumental Hillari Klintona başqa məktubunda The Daily Beast-in jurnalisti Kristofer Dikkinin Sarkozi, Ərəbistanlı Lourens-Levi və Karla Bruninin “qanqarışdırma” münasibətlərini təsvir etdiyi “çox gülməli” məqaləsini qeyd edir.
O, Hillari Klintona yazırdı: “Bunun qiymətini ancaq Molyer verə bilərdi”.
Hillari isə məlumatı dərhal öz müşavirləri ilə bölüşdü…
Təsadüfən nəşr edilmiş bu yazışma (hər şey Klintonun fəaliyyətinin araşdırılması nəticəsində baş verdi) Liviya məsələsinə yeni səhifələr əlavə edir və şübhəsiz ki, ən yaxın aylarda yenidən üzə çıxacaq.
Bu müharibənin aparılmasının əsaslandırılması və şərtləri Liviyada İŞİD-ə qarşı yeni əməliyyatların keçirilməsi perspektivləri fonunda yenidən ön plana keçə bilər.
Nikola Sarkozi prezidentliyə namizəd olsa və keçmişdə bu vəzifədə olduğunu və xüsusən də fəlakətli nəticələri olan müharibəni xatırlamalı olsa, bu faktlar yenidən üzə çıxa bilər.
Pyer Aski
RUE89 (Fransa), 12.01.2016