XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

12 Yanvar 2016 - 13:16

İstanbulu qana boyayan [color=red]kamikadze 28 yaşlı qadın olub

Bu gün İstanbuldakı «Sultanəhməd» meydanındakı terroru törədən «canlı bomba» qadın olub.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, «canlı bomba»nın cəsədi üzərində aparılan ekspertiza zamanı müəyyən edilib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan «canlı bomba»nın suriyalı olduğunu açıqlayıb.

Baş nazirin müavini Numan Kurtulmuş terrorçu kamikadzenin cəsədi üzərində aparılan ekspertizadan sonra onun 1988-ci il təvəllüdlü Suriya vətəndaşı olduğunun müəyyən edildiyini bildirib.

O, terrorçu ilə əlaqəsi olan şəxslərin müəyyən edilməsi üçün təhlükəsizlik qüvvələri tərəfindən təhqiqat aparıldığını da bildirib. Terrorçunun İŞİD və ya PKK üzvü olduğu ehtimal edilir.

Maraqlıdır ki, ötən ilin yanvarında da «Sultanəhməd» meydanında partlayış olmuşdu. Bir polisin şəhid olduğu terroru həmin vaxt da qadın kamikadze – rusiyalı Diana Ramazova törətmişdi. 

Xatırladaq ki, bu gün Bakı vaxtı ilə 12.10-da baş verən partlayışda 10 nəfər ölüb, 15 nəfər yaralanıb. Yaralılardan 9-nun Almaniya, 1-nin Norveç, 2-nin də Peru vətəndaşı olduğu bildirilir.

Partlayış turistlərin çox olduğu ərazidə törədilib.