Azərbaycanda aksizli malların plastik kartlarla satışı yanvarın 12-dən dayandırılıb.
"Trend"-in məlumatına görə, bu barədə Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevə çox sayda müraciətlər olub: "Sahibkarlığın inkişafına dəstək istiqamətində atılan addımlara əlavə olaraq, spirtli içkilərin plastik kartlarla satışı dayandırılıb".