XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

12 Yanvar 2016 - 16:18

İstanbul terrorunun arxasından İŞİD çıxdı[color=red] – Terrorçunun adı açıqlandı

Bu  gün İstanbulun «Sultanəhməd» meydanında özünü partladan «canlı bomba»nın kimliyi məlum olub.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı kamikadzenin əvvəl elan edildiyi kimi, qadın olmadığı dəqiqləşdirilib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, bu, Suriya ərazisindən Türkiyəyə daxil olan Nabil Fadlı adlı şəxsdir.

N.Fadlının adı Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən axtarışda olan terrorçular siyahısında olmayıb. Terrorçu-kamikadze Türkiyədə qaçqın kimi qeydiyyatda olub. Onun İŞİD üzvü olduğu bildirilir.  

Bu arada, ölənlərin sayı da artaraq 12-yə çatıb. Onlardan 9-nun Almaniyadan, 2-nin Cənubi Koreyadan olduğu açıqlanıb.