XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 January 2016 - 09:52

Dövlət Komitəsi “Avrasiya İttifaqı” mifini dağıtdı: [color=red] Azərbaycana mal Avropa İttifaqından gəlir

 

avropa mal.jpg

 

2015-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 162 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 109 ölkəyə məhsul ixrac olunub, 145 ölkədən idxal olunub.

 Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ticarət dövriyyəsinin 9,6%-i MDB üzvü dövlətləri, 48,5%-i Avropa İttifaqı ölkələri, 41,9%-i isə dünyanın digər ölkələrinin payına düşüb.

 2015-ci ilin on bir ayı ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 23575,6 mln. ABŞ dolları, o cümlədən ixracın həcmi 15379,4 mln. dollar, idxalın həcmi 8196,2 mln. dollar təşkil edib, nəticədə 7183,2 mln. dollarlıq müsbət xarici ticarət saldosu yaranıb. (APA)

 İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, şəkər, bitki yağları, heyvan mənşəli piylər və yağlar, plastik kütlə və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsullarının, idxal olunmuş məhsulların həcmində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, qara metallar və onlardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, ərzaq məhsulları, tütün və tütün məmulatları, əczaçılıq məhsullarının xüsusi çəkisi üstünlük təşkil edib.

 2015-ci ilin yanvar-noyabr aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 3,6% artaraq 1461,7 mln. dollar təşkil edib.