XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 January 2016 - 10:01

Rabitə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi işdən [color=red] azad olundu

 

bextiyar rtn.jpg

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) daha bir vəzifəli şəxs işdən çıxarılıb.

Xeberler.az-ın məlumatına görə, bir müddət öncə Nazirliyin  Hüquq və insan resursları şöbəsinin müdiri Bəxtiyar  Məmmədov vəzifəsindən azad edilib.

Qeyd edək ki, Bəxtiyar Məmmədov ötən ildən işdən çıxarılsa da,  bu barədə məlumat verilməyib.

Bəxtiyar Məmmədov  2005 –ci ildən Rabitə və Yüksək Texnologiyalar Nazirliyində adı çəkilən şöbənin müdiri vəzifəsində çalışıb.

RYTN-nin Hüquq və insan resursları şöbəsi nazirliyin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının, təşkilati-sərəncamverici və digər hüquqi aktların layihələrinin hazırlanmasını təşkil edir.