XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

06 May 2015 - 12:41

Stiven Koen: “Reyqandan sonra Ağ Evdə əsl dövlət xadimi olmayıb” – MÜSAHİBƏ

“Yeltsin rejimi tam şəkildə Klintonun nəzarəti altında idi”

II hissə (ixtisarla)

-Söhbətin Moskvanı sarsıtmağa cəhddən getdiyini söyləmək mübaliğə olmazmı?

-Bəs bu nə deməkdir? Bu, ehtimal ki, nüvə silahı ABŞ-dan çox olan bir ölkəni sarsıtmağımı bildirir?

-Və əslində, burada söhbət iddialardan gedir?

-Düşünmürəm ki, söhbət kiminsə iddiasından gedir. Mən bağlı qapılar arxasında diskussiyalar zamanı ixtiyarınızda müxtəlif perspektivlərin olduğu məqama qayıtmaq istəyirəm. Güman edirəm ki, Mirşaymer (çikaqo universitetinin məşhur alimi-red.) Vaşinqtonda özünü böyük dövlətin apardığı kimi davranan qrupun mövcudluğundan danışarkən müəyyən dərəcədə haqlıdır. Bu qrup öz təhlükəsizliyini maksimallaşdırmaq istəyir, lakin digər böyük dövlətlərin nə etdiyini başa düşmür. Qorbaçovla Reyqan olduqca önəmli bir ideya üzərində razılığa gəlmişdilər: təhlükəsizlik ümumi olmalıdır. ümumi təhlükəsizlik konsepsiyası təkcə müqavilə imzalanmasını bildirmir: onu bildirir ki, sizin fikrinizcə, sizin təhlükəsizliyinizi möhkəmlədən addımlar atmamağı ifadə edir, çünki bu addımlar təhdid kimi qəbul ediləcək və son nəticədə özünüzə qarşı çevriləcək. Raket əleyhinə proqram buna klassik nümunədir: biz Rusiya ilə əməkdaşlıqda həyata keçirilməyəsi istənilən proqramı gerçəkləşdirməməliydik. Lakin əvəzində onu Rusiyaya qarşı yönəlmiş əməliyyat kimi icra edirik. Onlar da, biz də, Massaçusets texnoloji institutu da bunu bilirdi, lakin heç kimin vecinə deyildi. çünki müəyyən qruplaşmanın üzvləri hesab edirdilər ki, Rusiyanı tabe vəziyyətdə saxlamaq lazımdır. Lakin həqiqət bundan ibarətdir ki, hər şey ABŞ prezidentindən asılı deyil. Amma dəhşətli dərəcədə çox şey ondan asılıdır. Söhbət beynəlxalq məsələlərdən gedəndə isə, əslində, 1985-1988-ci illərdə bizdə Reyqandan sonra Rusiyaya münasibətdə əsil dövlət xadimi kimi hərəkət edən prezident olmayıb. Klinton açıq şəkildə özünü elə aparmırdı.

Onun Rusiyaya münasibətdə siyasəti təlxəkvari və son nəticədə Birləşmiş Ştatların milli maraqları baxımından zərərli idi. Buş ağılsız siyasət yürüdürdü və dalbadal şansları əldən buraxırdı. Obama isə ya pis məlumatlandırılıb, ya da ümumiyyətlə mövzudan xəbəri yoxdur. Bizdə Rusiyaya dair məsələlərdə Reyqandan sonra Ağ Evdə dövlət xadimi olmayıb və mən büsbütün və tamamilə, 1000% əminəm ki, 2013-cü ilin noyabrında – hətta indi, bu gün – Yanukoviçə ultimatum sırımağa cəhd edərkən Ağ Evdəki əsil dövlət xadimi Putinlə birlikdə bütün bunlara 48 saata son qoya bilərdi. Putin Ukrayna böhranının axırına çıxmaq istəyir, biz də bunu istəməliyik. Gerçəklik bu cürdür.

-Maraqlıdır.

-Bəs Putin nə istəyir ki? O da eyni şeyi dedi və həmişə eyni şeyi təkrar edir: o istəyir ki, Ukraynada sabitlik olsun, Krım istisna olmaqla öz ərazisində mövcud olsun. Onu da bilir ki, bu ancaq Ukraynanın həm Qərblə, həm də Rusiya ilə azad ticarət aparcağı, lakin heç vaxt NATO-nun üzvü olmayacağı təqdirdə mümkündür. Lakin kimsə Ukraynanı yenidən qurmaq istəyir və bu yükü öz üzərinə götürmək istəmir, amma enerji daşıyıcılarına qiymət güzəşti ilə bu prosesi maliyyələşdirməklə kömək etmək niyyətindədir. Ağ Evdə dövlət xadimimiz olsaydı, bütün bunları elə günü sabah etmək mümkün olardı. Artlq sabah! Və heç kim də ölməli olmaz.

-Düşünürəm ki, federal kansler Merkel də bunu başa düşür.

-Fikrimcə, o hansısa bir məqamda bunu başa düşdü, lakin onun nə qədər güclü olub-olmadığı, Vaşinqtonun bu prosesi pozub-pozmayacağı aydın deyil. çünki indi məhz bunu etmək istəyir… (Bu müsahibədən bir az öncə təhlükəsizlik üzrə Münhen konfransında Merkel Ukraynaya letal silah tədarükünün əleyhinə olduğu üçün senator Makkeyn ona kobud şəkildə hücum etdi-red).

-Ona az hörmət edirlər, bu, düzgün deyil.

-Lindsey Qremlə Makkeyn Almaniyada ona qarşı nələr etdilər! Onun öz ölkəsində, Almaniya milli televiziyasında, onun iştirakı ilə və onun qadın olması faktı – bunların heç biri kömək etmədi. Onlar onunla necə danışırdılar – bu cür hadisə yadıma gəlmir.

-Əsərinizin bir hissəsi güclü hisslər doğurur və bu, elmi əsərlərin əksərinin doğurduğu hisslər deyil. Sovet İttifaqının əhəmiyyəti çox böyük idi. Amerikalıların əksəriyyəti bu barədə heç nə bilmir, KİV-in dəstəyi ilə biz bu baxımdan çox cahil olmuşuq. 1990-cı illərdə əyri yollarla əldə olunmuş yüz milyadlarla dolların əsasən sovet sərvəti olduğunun bizim təsəvvürümüzdə heç bir bəyəniləsi yönü yoxdur.

-Bu pulların çoxu sonradan burada, Amerikada ortalığa çıxdı.

-Bu haqda nəsə deyə bilərsiniz?

-Əvvəllər MKİ-də yüksək vəzifə tutmuş bir nəfər haqqında danışa bilərəm. Ona zəng etdim və o zaman bankların vasitəsilə qanunsuz şəkildə ABŞ-a köçürülmüş Rusiya sərvəti barədə soruşdum. O dedi: “Bu sərvətin ABŞ-da harada yerləşməsi barədə FTB-a məlumat verdik, lakin bununla bağlı heç nə etməmək barədə bizə ciddi siyasi göstəriş verildi”. İndi isə maraqlı bir fikir – niyə məhz indi? Bu, Klinton administrasiyasının tam şəkildə nəzarət etdiyi Yeltsin rejiminə böyük ziyan vurardı. Bu həm də ona görə edilmişdi ki, köçürülmüş pullar o zaman burada çiçəklənən fond bazarı və mülkiyyət bazarının tərkib hissəsi oldu.

Patrik Smit

“Salon” (ABŞ), 05. 05. 2015