XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

13 Yanvar 2016 - 13:24

AXCP və Müsavatın Lənkəran rayon şöbələrinin sədrləri həbs edildi: [color=red] 30 gün

nazim axcp.jpg

AXCP Lənkəran şöbəsinin sədri Nazim Həsənov və Müsavat Partiyasının Lənkəran şöbəsinin sədri İmanverdi Əliyev Lənkəranda baş verən sosial etirazlarla bağlı təqsirləndirilərək Lənkəran Polis Şöbəsinə aparılıblar.

Bu barədə Nazim Həsənovun qardaşı Kazım Həsənov Azadlıq-a məlumat verib. Nazim bəyin saxlanılmasına səbəb kimi Facebook səhifəsində aksiyanı paylaşması, İmanverdi bəyin isə Azadlıq radiosuna müsahibə verməsi göstərilir.

Lənkəran Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxsə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən qanunsuz aksiya təşkil etdikləri üçün 1 ay müddətinə inzibati həbs cəzası verilib.

Bu barədə AXCP rayon şöbəsinin üzvləri məlumat verib.

Müxalifətçilərin yaxınları çıxarılan qərardan narazıdırlar. Onlar deyirlər ki, onların heç biri dünənki aksiyada iştirak etməyib.