XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

06 May 2015 - 12:43

Eks – deputat Azərbaycanı Rusiyaya birləşməyə çağırdı: Aleksandr Dilbazi kimdir?

dilbazi.jpg

Milli Məclisdə belə deputat olubmu?

Rusiya KİV-lərində özünü Azərbaycan Milli Məclisinin keçmiş deputatı kimi təqdim edən Aleksandr (Arif) Rəşidoviç Dilbazi adlı ictimai xadimin Azərbaycan-Rusiya münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsahibələri, mövqeyi işıqlandırılır. Bu müsahibələrində Aleksandr Dilbazi Rusiyalı ictimai xadim, mesenat, rəssam olaraq qeyd olunur.

Onun verdiyi açıqlamalarda birmənalı olaraq Azərbaycanın Rusiya ilə əlaqələrinə dəstək verilir və ölkəmizin Avrasiya İttifaqına daxil olması çağırışı səslənir. Məsələn “Regnum” İA-ya verdiyi müsahibəsində Aleksandr Dilbazi Azərbaycanın Avrasiya İttifaqına qoşulmasını “inkişafın yeni mərhələsi” adlandıraraq bildirir ki, “belə qərar Rus İmperiyası və SSRİ ilə birgə 200 il yaşamış Azərbaycanın əvvəlki tarixinin məntiqi yekunu olacaq”.

Cənab Dilbazi daha uzağa gedərək müsahibədə deyir ki, “Azərbaycanın yeni tarixi Avrasiya İttifaqı çərçivəsində başlanacaq “.

“Bu gün artıq Azərbaycan müstəqilliyinin ilk illərində üstünlük verdiyi ilkin əsasları dəyişdirlməlidir. Bu prioritetlərə yenidən baxılmalıdır. Bu istiqamətlər ölkənin inkişafına kömək etmir”-deyə bu Dilbazi vurğulayıb.

İctimai xadim qeyd edir ki, Azərbaycanın itirdiyi torpaqları ilə bağlı məsələ yalnız Rusiya ilə birgə həll edilə bilər. “Bunu ancaq Putin həll edə bilər. Yalnız o!”- deyə Dilbazi sonda Moskvaya düşmən gözü ilə baxmamağa çağıırıb. “Azərbaycan Rusiyanın və SSRİ-nin inkişafına çöx böyük töhfələr verib. Biz azərbaycanlılar Rusiya dövləti ilə olan ümumi tariximizdəki olan hissəmizə sahib çıxmaq hüquqmuz var. Bizə öz tarixi vətənmiz olan Rusiyaya qayıtmaq lazımdır”.

Maraqlıdır ki, A. Dilbazinin açıqlamalarından rus politoloqları həvəslə sitat gətirirlər. Məsələn, Rusiyanın “Strateji Konyuktura Mərkəzi”nin Ekspertlər Şurasının üzvü Aleksandr Sobyanin erməni saytlarına verdiyi açıqlamalarında Aleksandr Dilbazinin sözlərindən məmuniyyətlə sitatlar gətirir.

Biz Aleksandr Dilbazinin kimlyi barədə araşdırma apardıq. Araşdırmalarımız nəticəsində bəlli oldu ki, Azərbaycan Milli Məclisinin son 4 çağırış seçkilərində Aleksandr (Arif) Dilbazi adlı deputat olmayıb. SSRİ dövründə Azərbaycan Ali Sovetinə son seçki isə 1990-cı ildə keçirilib. Həmin siyahıda da A. Dilbazi adlı xalq deputatının adı yoxdur.

Aleksandr (Arif) Dilbazi haqqında isə məlumatlar çox məhduddur. Onun rəssamlıqla məşğul olduğu, sahibkar olduğu qeyd olunur. Daha çox Monte –Karlo, İstanbul və Moskvada fəaliyyət göstərən A. Dilbazinin bu şəhərlərdə böyük sərgiləri açılıb.

Azərbaycanda Dilbazilər çox böyük nəslidir. Onların içində xalq şairi Mirvarid Dilbazi və xalq artisti Əminə Dilbazi çox məşhurdur.

Amma bu Aleksandr Dilbazi kimdirsə, Azərbaycan Milli Məclisinin keçmiş deputatı kimi danışır və geopolitik açıqlamalar verməyə cəhd edir. Bu açıqlamalar isə rəsmi Bakının yürütdüyü xarici siyasət prioritetlərinin tam əleyhinədir.

X.SƏFƏROĞLU

Strateq.az