XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

13 Yanvar 2016 - 15:33

Şərqşünas Yelena Suponina: [color=red]”Ərdoğan hakimiyyəti ötürmək haqda düşünməsə, Yaxın Şərq daha bir qeyri-sabit ölkə əldə edəcək”

erdoqan-55.jpg

Prezident Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Türkiyə bölgənin bütün terrorçu qruplaşmaları üçün əsas hədəfə dönüb. İstanbulun mərkəzi Sultanəhməd meydanında güclü partlayış zamanı 10 nəfər həlak olub, daha 15 nəfər yaralanıb. Mütəxəssislər partlayışın səbəbini, partlayıcı maddənin tipini aydınlaşdırmağa çalışırlar, partlayış təşkilatçılarının axtarışı gedir. Türk rəsmilərinin sözlərinə görə,  artıq müəyyən edilib ki, partlayışı suriyalı kamikadze həyata keçirdib. Güman edilir ki, partlayışa, böyük ehtimalla, İŞİD-in dəxli var, lakin Ankaranın bədxahları təkcə radikal islamçılar arasında deyil. 

Türkiyədə bu gün nə baş verir? BBC-nin əməkdaşı Mixail Smotryayev bu haqda şərqşünas Yelena Suponina ilə söhbətləşir.

 

 Bu, Türkiyənin çağdaş tarixində ən dəhşətli terror aktı deyil. 100-dən çox adamın ziyan çəkdiyi keçən ilin oktyabrını yada salmaq kifayətdir. Həlak olanlara gəlincə, bəla təkcə türklərin deyil, orada xeyli əcnəbi də var idi. Nə qədər olduğunu hələlik dəqiq deyə bilmərik. Başa düşmək istərdm, Ərdoğanın seçkilərdə yenidən az-çox inandırıcı qələbə çaldığı noyabrdan sonra durum nə dərəcədə dəyişilib?

 Əvəvlki teraktlar istisnasız olaraq Türkiyə parlamentinə seçkilərlə əlaqələndirilirdi. Hətta fərziyyələr vardı ki, bu, Türkiyədə müxtəlif qüvvələrin siyasi mübarizəsinin nəticəsidir. Bu terakt miqyasına görə kiçik olsa da, göstərir ki, tendensiya xeyli dərindir – Türkiyənin daxilən sabitsizləşdirilməsinə yönəlib. Ərdoğanın bunun öhəsindən gəlməyi getdikcə çətin olacaq. Türkiyə çat verir, artıq Ərdoğanın bir neçə il əvvəl şübhələr doğuran imperiya planlarından söhbət getmir. Həm islamçı radikallar, həm də kürd milli hərəkatı tərəfdən təhlükə artır. Türkiyədə teraktları daha çox kürdlər həyta keçirdir, çünki hesab edirlər ki, Ərdoğan onlara daha çox müstəqillik vəd edib, sonra isə müstəqillik cəhdlərindən qorxaraq onları aldadıb.

– Kürd qüvvəsi hesabında İŞİD-i mövcud çərçivəsndə saxlamaq olan yeganə döyüş qabiliyyətli qurum deyil. Son zamanlar Türkiyə rəhbərliyini və Ərdoğanın özünü İŞİD-i gizlicə bəsləməkdə ittiham edirdilər. Onun NATO üzrə tərəfdaşları, Qərb timsallı demokratlar buna pis yanaşır.

– Ərdoğan ikiqat tələyə düşüb. Kürdlər terrorizmlə mübarizə aparırlar. Onlar Suriya ərazisində İŞİD-ə qarşı duran ən güclü qüvvədirlər. Ərdoğanın burada onlara yardım etməyi lazım idi – silah verməliydi və yaxud heç olmasa, Türkiyə-Suriya sərhədini açmalıydı. Məşhur kürd xadimi Aleh Müslüm deyir ki, onlara silah vəd ediblər, lakin Türkiyə sərhədi bağlı saxlayır və onlara kömək etmir. Bəzi kürd hərəkatları Rusiyadan fərqli olaraq, Türkiyədə terrorçu hesab edilən PKK ilə bağlıdır. Ərdoğan çalışır ki, kürdlər çox material dəstək almasınlar. Ərdoğan elə bu ikili standartın tələsinə düşüb. Üstəgəl, onun İŞİD terrorçularına münasibətdə siyasəti… Bir tərəfdən terrorçular Türkiyəni, onun təhlükəsizliyini, ora gələn turistləri təhdid edir. Digər tərəfdən Türkiyə rəhbərliyi bir çox ölkələrdə ekstremist sayılan qruplaşmalarla sıx təmaslara girir. “Müsəlman qardaşlar” Türkiyə hökumətini həmfikir hesab edir. Türkiyə-Suriya sərhədi hər cür ekstremistlər üçün açıq idi, çünki onlar Bəşər Əsəd hökuməti ilə vuruşmağa gedirdilər.

– Hələlik versiyalar irəli sürmək tezdir, lakin teraktı gənc suriyalı həyata keçirdib və dərhal İŞİD-in buna dəxli olduğunu irəli sürdülər. Yada salmaq lazımdır ki, İŞİD monolit struktur deyil. Ona görə də Türkiyə xeyli cəbhədə vuruşmalı olur. Məsələ bundadır ki, gücü bəs edəcəkmi?

– Durum mürəkkəbdir və gücü çatmaya bilər. Lakin vurulmuş bombardmançıya cavab olaraq Rusiyanın qoyduğu sanksiyalardan ziyan çəksə də, Türkiyə iqtisadiyyatca özünü çox da pis hiss etmir. Rusiyalı turistlərin axını tükənib, indi isə Avropadan da turistlər az olacaq. Biz artıq çoxdan deyirik ki, Türkiyə turizm planında təhlükəsiz deyil. Bəzi göndərişlərin təyinatı Misirdən Türkiyəyə dəyişilərkən bir mütəxəssis kimi məndə skeptik gülüş yarandı. Türkiyəni çox çətin dövrlər gözləyir. Ərdoğan öz nüfuzunun, siyasi şöhrətinin zirvəsini keçib.

– Bəzi proqnozlara görə, hamımızı çətin dövrlər gözləyir. "Stratfor" (Amerikada özəl kəşfiyyat-analitika şirkəti) keçən həftə onillik proqnoz yaydı. O, bölgələr üzrə bölünüb, proqnozun ümumi məğzi yetərincə mənfidir. Lakin onda İran və Səudiyyə Ərəbistanının zəifləməsi hesabına Türkiyənin gələcək yüksəlişindən, bölgəsəl lider, yerli  superdövlət kimi möhkəmlənməsindən danışılır. Əlbəttə, onillik proqnoz uzunmüddətli hava proqnozu kimidr, lakin burada Ərdoğanın hakimiyyətdə nə qədər çox qalacağı önəmli deyil.

– "Stratfor" Amerikada olduqca ciddi analitk qrup olsa da, öz proqnozlarında dəfələrlə səhv edib. Hesab edilir ki, onlar Amerikanın xüsusi xidmətlərinə də məsləhətlər verirlər. Əslində, onların proqnozları əksər hallarda məsləhətlərdir. O, Amerika siyasətçilərinə necə yaxşı ola biləcəyini göstərir. Yəqin ki, Türkiyə qüvvə toplasaydı və İranla Səudiyyə Ərəbistanı zəifləsəydi, Amerikaya daha yaxşı olardı. Lakin bunun üçün, ən azı, İranla Səudiyyəni bir-birinin üstünə salmaq lazımdır. Onlar onsuz da artıq olduqca pis münasibətdədir. Amma Suriya və İraqda durumu sabitləşdirmək də lazımdır, bu isə yaxın zamanlarda görünmür. Əksinə, orada hər şey ancaq daha pis olacaq. Bu, həm terrorizm təhlükəsi, həm də bu dövlətlərin suverenliyi və ərazi  bütövlüyü üçün təhdiddir. Lakin onlar dağılsa, onda bu, Türkiyənin ərazi bütövlüyünə birbaşa təhlükədir. Türkiyədə milli mahallar, öz müstəqillikərindən açıqca danışan həmin kürdlər var. Bjezinskidə “Avrasiya balkanlarının” – o, qeyri-sabit Yaxın və Orta Şərqi belə adlandırır – Türkiyədən başlaya biləcəyi haqda keçidlər tapmaq olar.

– İranla Səudiyyyənin qarşıdurması haqda danışarkən, bu, Qərbdə eyni cür qıcıq doğuran iki teokrartik dövlətin qarşıdurmasıdır. Türkiyə isə hələlik dünyəvi dövlət kimi təqdim edilir, lakin o bu cür qala biləcəkmi? Üç variant mümkündür: sekulyar qüvvələrin qələbəsi zamanı dünyəvi dövləti mötədil İslamla maksimal yaxınlaşdırmağa cəhd; ikincisi, təxminən, eyni hal, lakin dini qüvvələrin qələbəsi və üçüncüsü, artıq Türkiyənin tarixində baş verdiyi kimi, hərbçilər gəlir və deyirlər: “Vəssalam, kifayətdir”. Çətin ki, hər üç variant Qərbi qane etsin. Hansı daha çox mümkündür?

– Türkiyənin bu sözün əvvəlki mənasında dünyəvi olmaması üçün Ərdoğan çox şey edib. Buna qarşı fəal şəkildə duran hərbçilər və siyasətçilər ya işdən uzaqlaşdırılıb, ya da həbsxanadadır. Əlbəttə, ABŞ-a güclü, dünyəvi Türkiyə lazımdır, ona görə də qocalmış, lakin hələ də iddialı Ərdoğanın ona lazım olub-olmadığı haqda düşünməyi gərəkdir.  "Stratfor"un rəhbəri cənab Fridman prezident Obamanı bu yaxınlarda Yaxın və Orta Şərqin inkişafda ən güclü saydığı dövləti İranla münasibətlərin yaxşılaşmasına yönəltdi. Obama hələlik bu kursu dəyişməyə hazırlaşmır. Bu, Ərdoğan üçün ikinci ciddi məsələdir. Üçüncüsü isə müstəqillik istəyən kürdlərdir. ABŞ-ın bölgədəki ən yaxın müttəfiqi İsrail müstəqil kürd dövlətinin yaranmasını alqışlayır. Bu, ərəblərlə münasibətlərdə İsrail üçün bufer olacaq.  

– Uzunmüddətli geopolitik baxımdan kürd dövlətinin yaranması onun boğulmasından daha yaxşıdır. Prezident Obama öz siyasi karyerasını başa vurur. Ərdoğanla bağlı hələlik hər şey aydın deyil. Türkiyə indiki görkəmində – bu, nə dərəcədə Ərdoğanın, bir nəfərin Türkiyəsidir?

– Ərdoğan avtoritardır. Rəqibləri, onu tez-tez bunda ittiham edirlər, lakin kənardan elə görünür ki, o yorulub. Türkiyə bir siyasətçinin ölkəsi olmadı. Orada yaşayan və ona meydan oxuya biləsi başqa qüvvələr də var. Lakin dəyişimlərin rəvan baş verməyi üçün onun hakimiyyəti başqa əllərə təhvil vermək haqda düşünməyi lazımdır. Deyəsən, o, hələlik bunu başa düşmür və güman etmirəm ki, yaxınlarda başa düşər. Ola bilsin, inanır ki, Türkiyə üçün hələ çox iş görə bilər, lakin yanılır. Və çağdaş Türkiyənin problemlərindən biri də budur. Söhbət isə dövlətin gələcəyindən gedir: necə olacaq, vahid qalacaqmı, davam edən sabitsizliyi, terakt dalğasını keçə biləcəkmi?

– Türkiyənin daxili siyasəti müşahidə etdiyimiz məcrada, yəni sakit, gizli islamlaşma davam etsə, ən sonda daha bir teokratik, güclü ordusu ilə NATO üzvü olan dövlət əldə etməyəcəyikmi?

– Yox, lakin Ərdoğan hazırda hakimiyyətin ötürülməsi haqda düşünmürsə, onda yaxın Şərqdə daha bir qeyri-sabit ölkə əldə edəcəyik. Hərc-mərclik artacaq, sərhədlərin yenidən nəzərdən keçirilməsi istisna olunmur, bunun isə Türkiyəyə də dəxli olacaq və olduqca böyük hərc-mərclik doğuracaq. Dünyaya teokratik Türkiyə lazım deyil, dünya ictimaiyyəti onun meydana çıxmasına imkan verməməyə cəhd edir. Gələn il ABŞ-dakı seçkilərdən sonra çox şey dəyişilə bilər, çünki o, bölgədə mühüm rol oynayır və Obamanın yerinə gələn istənilən kəs daha qətiyyətli olacaq.

BBC.com, 12.01.2016