XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

14 Yanvar 2016 - 07:27

İndoneziyada qanlı terror – BMT və səfirliklərin önündə silsilə partlayışlar[color=red] (FOTOLAR)

İndoneziyanın paytaxtı Cakartada eyni vaxtda bir neçə yerdə partlayış olub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün səhər saatlarında baş verən bomba hücumu zamanı ən azı 6 nəfərin öldüyü və bir neçə nəfərin yaralandığı bildirilir.

Reuters-in məlumatına görə, partlayışlardan biri mərkəzdəki nəhəng ticarət mərkəzinin qarşısında, biri bahalı mehmanxanaların olduğu ərazidə, o biri səfirliklərin və ofis binalarının yerləşdiyi məhəllədə, digəri də BMT-nin bu ölkədəki nümayəndəliyinin önündə baş verib.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.