XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

14 Yanvar 2016 - 07:52

Hökümət kənd təsərrüfatı məhsullarının idxalına [color=red] kvota qoyur

 

kend teserufat.jpg

Kənd təsərrüfatı məhsulları ilə təminatı artırmaq, daxili bazarı qorumaq üçün Azərbaycan kənd təsərrüfatı məhsullarının idxalına kvota qoya bilər.

Turan.az-ın xəbərinə görə, bu haqda Kənd Təsərrüfatı naziri Heydər Əsədov yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr edilmiş iclasında deyib ki, onların bir qisminin idxalı zamanı kvota, mövsümi rüsumlar kimi alətlər tətbiq edilə bilər.

Nazir hesab edir ki, bir sıra qonşu dövlətlər sistemsiz olaraq bir-birinə meyvə-tərəvəz məhsulları üzrə sanksiyalar tətbiq edir. Bu, Azərbaycanın daxili ərzaq bazarına idxal təzyiqini artırmaqla ciddi təsir göstərə bilər. 

Heydər Əsədov Azərbaycan prezidentinin ölkənin Ümumdünya Ticarət Təşkilatına daxil olmaması barədə qərarını «ən müdrik qərar» adlandırıb. Azərbaycan müxtəlif yollarla Türkiyədən əvvəllər Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyət qoyur.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2015-ci ildə Azərbaycandan $312 mln məbləğində kənd təsərrüfatı məhsulları ixrac edilib. Bu, əvvəlki ildəkindən 7,2% çoxdur.