Son yüz il ərzində müharibələrin səbəbi tez-tez neft olub. Ölkələr neft yataqları tutmaq və yaxud rəqibə sənaye ölkələri və çağdaş ordular üçün həyat önəmli xammal resursu üzərində nəzarəti həyata keçirməyə imkan verməməkdən ötrü döyüşüb və müharibənin gedişində öz strategiyalarını hazırlayıb. Lakin həm də öz ölkəni dağıdırsansa, neftli bölgəni tutmağın nə mənası var?
Bəzi ölkələr öz acı təcrübələrindən bildi ki, neft əldə etməyə görə ödənən bədəl öz dəyərindən xeyli yüksək ola bilər.
Görün, bu neft müharibələri nə ilə başa çatıb.
Uzaq Şərq, Güney-Şərqi Asiya və Sakit okeanda müharibə
Yaponiyanın Amerika ilə vuruşmaq qərarı yapon militarizmi və zəif Çin üzərində nəzarət məsələsi üzrə mübahisələrdən tutmuş Sakit okean bölgəsində kimin hakim dövlət olacağı haqda ən mühüm məsələyə qədər bir çox səbəblərə görə 1942-ci lin dekabrında qəbul edilib. Lakin Yaponiyanın Çindəki müharibəsi və Fransa Hind-Çinini işğal etməsiylə bağlı ABŞ və Avropanın neft tədarükünə qoyduğu embarqo birbaşa katalizator oldu. Yaponiyada daxili neft haslatı yox idi, lakin ölkədə sənayecə inkişaf etmiş iqtisadiyyat, həmçinin neft məhsulları tələb edən qüdrətli donanma və aviasiya var idi.
Yaponiya hökuməti seçim qarşısında qaldı: ya embarqoya görə geri çəkilib imperiya iddialarından imtina etmək, ya da Hitlerin Qərbi Avropanı işğal etməyindən istifadə edib Hollandiya Ost-Hindistanı və İngiltərə Güney-Şərqi Asiyasının neft yataqlarını tutmaq. Lakin avropalılar öz mülklərini qorumaqdan ötrü son dərəcə zəif idi, ABŞ-ın isə neytrallaşdırılmasa, müdaxilə edə biləcək güclü Sakit okean donanması var idi. Yaponiyanın Perl-Harborda ABŞ donanmasını darmadağın etməyi neft problemini həll etmədi.
Asiyanın neft yataqlarını işğal etmək asan, lakin nefti oradan Yaponiyaya tədarük etmək çətin iş idi. Yaponiyanın tanker donanması sualtı blokada və Yaponiyanın ərazi sularında avisiya minasından çəpərə görə elə itkilər verdi ki, yaponlar aviasiya yanacağı istehsalı üçün meşələri qırmalı oldular. Güman edilirdi ki, Amerikaya hücum Yaponiyanın hədsiz neft ehtiyatlarına çıxışışnı təmin edəcək, lakin müharibə bunun əvəzində imperiyanın iflasına gətirib çıxardı.
Stalinqrad
Liderlərdən hansısa neft əldə etmək ideyasına mübtəla idisə, bu da Hitler idi. O gileylənirdi ki, “mənim generellarım müharibənin iqtisadi aspektləri haqda heç nə bilmirlər”. Lakin güman etmirəm ki, onlar öz fürerlərindən fərqli olaraq öz tanklarını neft ələ keçirməyə göndərərdilər. Almaniyanın blitskriqin gedişində Sovet İttifaqını darmadağın etmək cəhdləri 1941-ci ilin yayında iflasa uğradı. 1942-ci ilin iyununa doğru taqətdən düşmüş alman qoşununun gücü ancaq buna çatdı ki, uzun sovet cəbhəsinin yalnız bir sahəsində hücumu davam etdirsin. Hitler özünün ən yaxşı diviziyalarını ölkənin güneyinə cəmlədi ki, Qafqazdakı zəngin neft yataqlarına doğru yollasın. “Blau” planının həyata keçirilməsi uğurla başlasa da və ordu avqustda, demək olar, Stalinqrada çatsa da, almanlar tezliklə dilemma ilə üzləşdilər: ya qoşunları geri çəkib neft ələ keçirmək üçün güneyə göndərmək, ya da qərbə həmləni davam etdirib Stalinqradı görtürmək.
Hitler özünəməxsus manerada hər şeyi dərhal əldə etməyə cəhd etdi. Alman qoşunları iki yerə bölündü – bir qismi Qafqaz istiqamətində hərəkət etdi, o biri isə Stalinqradın üzərinə yollandı. Hər ikisi müvəffəqiyyətə yaxın idi, lakin əməliyyatların başa çatması üçün nə canlı qüvvə, nə döyüş sursatı, nə də ərzaq bəs etdi. Faşistlər Qroznı və Bakı bölgələrində neft yataqlarını ələ keçirə bilmədilər. Lakin fəxr edə bilərdilər ki, öz bayraqlarını Elbrusa – Qafqazın ən uca zirvəsinə taxdılar. Bu arada ruslar Stalinqrad rayonunda zərbə endirmək üçün sakitcə qoşun topladılar. Qafqaza göndərilmiş alman qoşunları altı ay ərzində bütün cəbhəboyu geri çəkildi, 100 mindən çox zabit və əsgər isə Stalinqradda əsir düşdü ki, bu da II Dünya savaşında dönüş məqamı oldu. Neft xülyası Hitlern “polad istəyi”nin puçluğu ilə başa çatdı.
İran-İraq tanker müharibəsi
1980-1988-ci illərin qanlı İran-İraq müharibəsi səkkiz il sürdü və hər iki ölkənin zəifləməsi və mənəvi düşkünlüyünə səbəb oldu. Quru əməliyyatlarının dalana dirənməsindən qəzəblənmiş ölkələr rəqibə “neft” zərbələri endirməyə cəhd etdi. İraq 1984-cü ildə İranla ticarətdə iştirak edən kommersiya gəmilərinə və neft mədənlərinə hücum etməklə tanker müharibəsinə başladı. İan havadan və dənizdən İraq gəmilərinə, neft yataqlarına cavab zərbəsi endirdi və ən önəmlisi, Fars körfəzində dəniz minaları quraşdırdı. Təxminən, 450 gəmiyə zərbə vurulmasına baxmayaraq, döyüşən tərəflərdən heç biri rəqibi darmadağın etməyə və yaxud təslim olmasına müvəffəq olmadı. Lakin tanker müharibəsinin mühüm bir yekunu var idi. O, Amerika hərbi gəmiləri Fars körfəzində ticarət gəmilərini müşayiət etməyə başlayandan sonra ABŞ-ın İrana qarşı birbaşa hərbi əməliyyatlara başlamasına səbəb oldu. Mülki gəmilər və Amerikanın gözətçi gəmisi İran minaları və raketlərindən ziyan çəkəndən sonra ABŞ-ın hərbi gəmiləri, aviasiyası və “dəniz pişikləri” İran gəmiləri və hərbi-dəniz bazalarını məhv etdi.
Səddam Hüseynin Küveytə soxulması
1991-ci ldə İraq qonşu Küveytə hücum etdi. Səbəblər bir neçə idi: İraqın hərbi borcları haqda mübahisələr, Küveyt neftinin təkrar istehsalı, Küveytin hüquq üzrə İraqın tərkib hissəsi olması haqda bəyanat və görünür, Küveytin neft ehtiyatlarını ələ keçirmək cəhdləri. Balaca qonşunun öhdəsindən gəlmək İraq üçün xüsusi çətinlik törətmədi, lakin bu müdaxilə üzündən faktiki olaraq İran-İraq müharibəsində İraqı dəstəkləyən ABŞ-la İraqın münasibələri dərhal korlandı. Küveytdən qoşunların çıxarılması haqda BMT-nin verdiyi bəyanata baxmayaraq, Səddam Hüseyn qoşunu geri çəkmək istəmədi. Nəticədə ABŞ Səudiyyə Ərəbistanına 500 min nəfərlik qoşun kontingenti atdı, ABŞ-ın rəhbərliyi altında ildırımsürətli “Səhrada tufan” əməliyyatı keçirildi, İraqın hərbi gücü isə məhv edildi. İraq bunadək ərəb aləmində əsas dövlətlərdən biri idi, lakin Səddam Hüseynin neft əldə etmək cəhdi ölkəni iflasa və təcridə gətirib çıxartdı.
ABŞ-ın İraq müharibəsi
ABŞ-ın İraqla 1991-1993-cü illərdəki müharibəsi neftlə – daha doğrusu, nə dərəcədə – bağlı olub-olmadığı hələ xeyli illər ərzndə müzakirə ediləcək. Lakin hətta Fars körfəzi bölgəsində irimiqyaslı hərbi müdaxilə üçün digər səbəblərin varlığı halında da innamaq çətindir ki, Nigeriya Kameruna hücum etsəydi, Amerika yarımmilyon hərbçi göndərərdi. Amüerika qoşunlarının Səudiyyə Ərəbistaındakı varlığı Üsamə bin Ladenin, “Əl-Qaidə”nin nüfuzunun artmasına və son nəticədə 11 sentyabr teraktının keçirilməsinə səbəb oldu. Lakin ABŞ-ın 2003-cü ildə İraqa soxulmasının bədəlini Amerika vergi ödəyənləri hələ bir neçə onilliklər müddətində ödəməli olacaqlar.
Amerika liderləri üçün neftin qiyməti, əslində, onların təsəvvür edə biləcəyindən xeyli yüksək çıxdı.
Maykl Pek
The National Interest (ABŞ), 14.01.2016