Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi ləğv edilib.
Fərmanda deyilir ki, Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin vəzifə və funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə verilir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci və 2-ci hissələrini nəzərə alaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamənin yeni layihəsini, habelə Xidmətin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Ləğv edilmiş Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin istifadəsində olan dövlət əmlakının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə veriləcək.