XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

15 Yanvar 2016 - 15:56

“Azərsun”la Zahid Oruc arasında qalmaqal böyüyür: [color=red]Şirkət deputatın tənqidinə dözmədi

zahid azersun.jpg

“Azərsun Holdinq” millət vəkili Zahid Orucun bu gün qida sənayesi və ölkədəki qida inhisarçıları barədə verdiyi açıqlamaya münasibət bildirib.

“Azərsun Holdinq”in Mətbuat Xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatı olduğu kimi təqdim edirik:

“Bu gün mətbuatda millət vəkili Zahid Oruc bəzi qrupların təşviqi ilə Azərbaycanın mövcud iqtisadi vəziyyətində birləşdirici deyil, dağıdıcı mövqe nümayiş etdirərək iftiralara başlayıb. Xaricə pomidor ixrac edən “Azərsun Holdinq”i, Çindən tomat konsentratı gətirməkdə ittiham edərək, gülünc mövqe sərgiləyib. Buna inanan və şübhəsi olan hər kəs Azərbaycana Çindən tomat pastası gətirilib-gətirilməməsi barədə Dövlət Gömrük Komitəsindən məlumat ala bilər. Şirkətin bu çətin dönəmdə Azərbaycan xalqı və dövlətinə necə dəstək ola biləcəyini, böhrandan çıxış yollarını araşdırdığı bir zamanda, millət vəkilinin bu ali statusa yaraşmayan iftiralara başlaması təəssüf doğurur. Minlərlə çeşiddə məhsul istehsal edən, on minlərlə iş yeri yaradan, yüz minlərlə insanın məşğulluğuna şərait yaradan bir qurumun da fəaliyyəti göz önündədir, Zahid Orucun da fəaliyyəti və həyat yolu. Zahid Oruca bundan artıq cavab verməyə lüzum görmürük”.

Xatırladaq ki, “Azersun”un bu cür mövqe bildirməsinə Zahid Orucun aşağıdakı fikirləri səbəb olub:

"Bizim hər birimizə bəllidir ki, müxtəlif qurumların, şirkətlərin, holdinqlərin daxili bazardakı qiymət siyasətinə diqtəedici yöndə təsir imkanları var. Onlar rəqabətdənkənar qiymətləri, qiymət məzənnələrini müəyyənləşdirirlər. "Azersun” şirkətinin qida sənayesində hansı inhisarçı mövqeni qazandığını hər kəs bilir. Adamlar hələ minnət də qoyurlar ki, on minlərlə insana istehsal mədəniyyəti, istehsal intizamı və s. gətiriblər. Sanki "Azersun" olmasaydı Azərbaycan insanı burjuaziyanın nə olduğunu bilməycəkdi. "Azersun" düşünür ki, 10 min insanı Afrikadan, İrandan, ya da Türkiyədən gətirməli imişlər.

Baxın, sizə vacib bir şey deyim. Azərbaycanın cənub bölgəsində münbit torpaqları əhatə edən bir müəssisə var idi. Sadə vətəndaşlarımız da min hektarlarla yeri əkib-becərir, məhsullarını yetişdirib həmin müəssisənin zavoduna verirdilər. Zavod da yaxşı məhsullar istehsal edir, insanlarımız da keyfiyyətli məhsullardan istifadə edirdi. Günün birində "Azersun"un monopolist mövqeyi o müəssisənin iflasına səbəb oldu. Zavodu sıxışdırıb, iflas etdirdikdən sonra o ərazilər də əkilməmiş qaldı. Minlərlə insan da qazanclarından məhrum oldu. İşsizlikdən o insanlar paytaxta üz tutub. Bakı şəhərinin onsuz da əmək və mənzil bazarındakı gərginliyi bir az da ağırlaşdırdılar. Sakinlər yerli büdcənin formalaşmasında iştirak edə bilmirlər. Həmçinin bizlər də keyfiyyətli məhsuldan məhrum olduq.

Əvəzində nə oldu? "Azersun" Çindən gətirilmiş hazır konsentratın üstündə bir az da emal prosesi həyata keçirib, Azərbaycan xalqının mədəsinə "tomat"ı tökür. Bundan sonra bizim səhiyyə müəssisələrimizə, tibbi qurumlarımıza nə qədər xəstə müraciət edir. Əsas məsələ isə devalvasiya vaxtı meydana çıxır. Daxili istehsalı hər cür vasitələrlə vurub bazardan çıxaran "Azersun" şirkəti çox böyük minnətlə xalqa elan edir ki, bizim gətirdiyimiz məhsulların maya dəyərində, onun xammalında dolların yeni kursu oturub. Ona görə də, biz sizə devalvasiya faizi qədər deyil, 30% bahalaşma elan edirik. Sual olunur, sən bu cür fəaliyyəti İsveçdə və yaxud Norveçdə apara bilərdinmi? Avropa ölkələrindən birində "Azersun" kimi şirkətə mütləq cəza sanksiyası tətbiq edilərdi. Yaxşı, "Azersun" olmasaydı, Azərbaycan xalqı qənd, duz, yağ kimi məhsulları istehsal edə bilməyəcəkdi?”