XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 January 2016 - 07:20

Putin Türkiyədə rejimi dəyişməyi planlaşdırıb – [color=red]Təhlil

putin-erdoqan-9.jpg

Çoxları qızışıb Rusiya prezidenti Vladimir Putinin xarici siyasət sahəsində növbəti addımını öncədən deməyə cəhd edirlər, lakin əminliklə demək olar ki, o, özünün tənqid etdiyi Birləşmiş Ştatların istənilən siyasətini təqlid edəcək. Bax, Türkiyənin xüsusən buna görə Rusiyanın rejimlərin dəyişilməsi haqda dediklərini diqqətlə izləməyi lazımdır.

Bu cür xarici siyasət modeli – ittiham et, sonra isə yamsıla – artıq yetərincə uzun müddət mövcuddur. Putin 2007-ci ildə Amerikanın hərbi güc tətbiq etmək meylini kəskin tənqidə məruz qoydu və ehtimala görə, barışıq adamı kimi çıxış edib təəssüfünü bildirdi: “Mahatma Qandinin vəfatından sonra danışmalı heç kim yoxdur”.

Rusiya bir ildən sonra soyuq müharibədən bəri ilk dəfə öz sərhədlərindən kənarda açıq şəkildə güc tətbiq etdi və başqa dövlətin – Gürcüstanın ərazisinə soxuldu.

Birləşmiş Ştatlar 2008-ci ilin fevralında birtərəfli bəyannamə ilə Kosovonun Serbiyadan müstəqilliyini hər hansı maneəsiz tanıdı və bu, Putinin suveren millətin ərazi bütövlüyünü pozmaq kimi daim ititiham etdiyi addım idi. Lakin o, hələ həmin ilin sonunadək Gürcüstanın separatçı əyalətləri Güney Osetiya və Abxaziya tərəfdən bu cür bəyannamələri tanıdı.

Putin 2014-cü ildə Kiyev Maydanında inqilabın iştirakçısı olmuş və keçmiş prezident Viktor Yanukoviçin, onun rejiminin korrupsiyasına qarşı etiraz etmiş yüz minlərlə ukraynalının həyata keçirdiyi “dövlət çevrilişi”nə görə qəzəbləndi. Yanukoviçin qaçışından bir neçə həftə sonra Putin təkcə rejimin dəyişilməsinə yox, Krımla baş verdiyi kimi ərazi ilhaqına nail olmaqdan ötrü Krımda və Ukraynanın şərqində maydan etirazlarının miniatür versiyasını dəstəkləməyə başladı.

Putin lap bu yaxınlarda Amerikanın Suriyaya aviauçuşlarının olduqca hiddətli tənqidindən prezident Bəşər əl-Əsədə dəstək üçün bomba zərbələri endirilməsi üzrə öz proqramının gerçəkləşdirilməsinə keçdi. Rusiya hətta Amerikanın öz ölkəsində auditoriyada təəssürat buraxmaq üçün bort videoyazılarını televiziyada göstərmək adətini yamsıladı. Gətirilən misallar müəyyən modelin varlığından xəbər verir. Rejimin dəyişilməsinin artıq müəyyən dövr ərzində Kremlin leksikonunda ən söyüşcül ifadə olduğu nəzər alınmaqla Putininn Türkiyə ilə bu yaxınlardakı qovğası xüsusi diqqətə layiqdir.

Rusiya və Türkiyə həmişə Suriya münaqişəsinin müxtəlif tərəflərində qərarlaşırdı, lakin keçən ilin noyabrında türk qırıcısı Rusiya təyyarəsini vuranadək onlar fikir ayrılıqlarının öhdəsindən gələ bilirdilər. Putin həqiqətən də, son illərdə Türkiyə prezidenti Ərdoğanın strateji tərəfdaşı və dostu idi. Türkiyə Quzey Atlantika ittifaqının (NATO) Krımın ilhaqından sonra Moskvaya qarşı sanksiyalara qoşulmaqdan imtina etmiş yeganə üzvü idi. Putin Avropa Birliyinin Ukrayna xüsusunda sərt mövqeyi ilə üzləşəndən sonra Türkiyəni hətta özünün qaz diplomatiyasının mərkəzinə yerləşdirdi.

Ehtimal ki, Ərdoğan bu gün isə razılaşar ki, keçən ilin 25 noyabrında Türkiyənin hava məkanına cəmi bir neçə saniyəliyə soxulmuş Rusiya bombardmançısını vurmaq haqda qərarı parlaq ideya adlandırmaq olmaz. Lakin demək olar, iki ay keçəndən sonra Türkiyənin durumu yanlış dəyərləndirməyindən daha çox Rusiyanın böhranlı durumu zəiflətmək istəksizliyi heyrət doğurur. Putin Belorusiya və Qazaxıstan kimi müttəfiqləri tərəfdən basqılara etinasız yanaşır və bu qayda ilə işarə edir ki, Ərdoğan hakimiyyətdə qaldıqca Türkiyə ilə münasibətlər normallaşmayacaq.

Əslində, vurulmuş təyyarə insidenti ilə bağlı Rusiyanın cavabı güclü şəkildə Birləşmiş Ştatların Ukraynaya Rusiya müdaxiləsinə cavabını xatırladır. Rusiya əvvəlcə iqtisadi sanksiyalar tətbiq etdi. Sonra Ərdoğanın yaxınlarının ünvanına, o cümlədən onun oğlu Bilalı İŞİD-lə neft ticarətində ittiham etməklə KİV-də tənqidi çıxış etdi. Kürdyönlü Xalqların demokraik partiyasının (XDP) lideri Səlahəddin Dəmirdaşın Moskvaya dəvət edilməsi isə maksimal dərəcədə düşmənçilik jesti idi. Dəmirdaş 2013-cü ildə Gəzi parkındakı etirazlardan sonra məşhurlaşdı – bu, elə Putinin nifrət etdiyi “rəngli inqilab”ın nümunəsi idi. Xalqların demokratik partiyası keçən ilin iyununda seçkilərdə seçicilərin iki dəfə artıq səsini toplayıb hakim Ədalət və İnkişaf partiyasını parlament əksəriyyətindən məhrum qoyub Ərdoğanı təkrar seçkilər keçirməyə məcbur etdi.

O, bir ay əvvəl Dəmirdaşın indiki anda Türkiyənin şərq əyalətlərində alovlanan təhlükəli münaqişəyə dəxli olduğunu bildirib onu xəyanətdə ittiham etdi. Beləliklə, Putin Türkiyədəki vətəndaş müharibəsində tərəflərdən birini açıq şəkildə dəstəklədi və ona elə gəlir ki, bu, çeçen müharibəsi vaxtı Qərbin etdiklərinə çox bənzəyir.

Bu cür cavabı qismən nümayişkaranə qisas adlandırmaq olar: Putin öz ölkəsində elə görünməlidir ki, Rusiya pilotunun öldürülməsinə görə Türkiyəni bədəl ödəməyə vadar edir. Qərb üçün məqbul islamçılığı dəstəkləyən iddialı və nüfuzlu Türkiyə Moskvanın Yaxın Şərq planlarına başlıca əngəldir. Rusiyanın bu bölgədəki maraqları təkcə Əsədə dəstəklə məhdudlaşmır. Rusiya Qərbi həmçinin əməkdaşlıq etmək istədiyi dünyəvi diktatorlarla xalqın iradəsini ifadı edən islamçılar arasında seçim etməyə zorlamaq istəyərdi. Moskva ehtiyatlanır ki, Ərdoğan Qərbi həm də Suriyada “mötədil” islamçıları tərəfdaş qismində seçməyə inandırar. Rusiyanın analizinə uyğun olaraq, Qərbin Ərəb baharına dəstəyini məhz türk modeli deyilən struktura inam izah edir.

Amerikanın Rusiyaya sanksyalarına münasibətdə olduğu kimi, ehtimal ki, Putin yaxın vaxtlarda Ərdoğanı devirməyi planlaşdırmır. Türkiyənin bu güclü adamı görünən gələcəkdə hakimiyyətdə möhkəm əyləşəcək. Eyni sözü Putin haqda da demək mümkündür. Lakin hər şeyə baxanda Putin də Birləşmiş Ştatlar kimi Türkiyə iqtisadiyyatının çöküşünə və Ərdoğanın siyasi mövqeyinin zəifləməyinə yönəlik uzunmüddətli siyasətin xeyrinə seçim edib. Məqsədin Birləşmiş Ştatlar və onun müttəfiqlərinin öz yanaşmalarını dəyişməyə məcbur edib-etməməkdən və yaxud NATO üzrə müttəfiqləri Türkiyəni müdafiə etməkdə onları parçalamaqdan, Rusiya ilə birləşib bu ölkənin islamçı avtoritar hökumətdən getdikcə aralanmaqdan ibarət olduğu hələlik aydın deyil.

 

İvan Krastyev

Bloomberg (ABŞ), 15.01.2016