XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

16 Yanvar 2016 - 12:59

Rus mətbuatı Obamanın Ərdoğanla sinxron hərəkət etdiyini yazdı: [color=red]Dünya 2016-da iqtisadi və siyasi fəlakətə sürüklənir

erdoq-obama-9.jpg

İsveçrə ordusunun baş komandanı, general Andre Blattman bu günlərdə avropalılara qaçılmaz iğtişaşlara hazırlaşmaq və odlu silahlar əldə etməyi məsləhət görüb. Prezident Barak Obama isə, əksinə, amerkalıları silah almağı tərgitməyə çağırıb, çünki onsuz da 300 milyondan çox müxtəlif kalibrli silah əhalinin əlindədir.

Bu açıqlamalar düşüncə doğurur ki, dünya kəskin və dərin dəyişimlərin astanasındadır. Əbəs deyil ki, Obamanın millətə müraciət etdiyi gün həmvətənləri bir milyondan çox silah aldı…

…Hər şey ona işarə edir ki, planetimizdə onsuz da qəliz olan durum 2016-cı ildə daha çox kəskinləşəcək. Neoliberal kapitalizmin maraqlarına tabe olan kürəsəl iqtisadi sistem iflas həddindədir. İqtisadçı ekspertlər neft qiymətinin düşməsi, Çin yuanının devalvasiyası, xüsusən də Çin və ABŞ-da birja kollapsı fonunda çaşqın halda əllərini yelləyir və gələcək haqda hansısa bir mötəbər proqnoz verməyə qabil deyillər. Hətta beynəlxalq kütləvi informasiya vasitələri kürəsəlləşmə haqda yeganə yol kimi ümumi tərəqqidən danışmağı tərgidib. Hətta dünyanın 5080 ən böyük analitik mərkəzi indiki böhranın sonrakı inkişafının gələcəkdə necə olacağını söyləyə bilmir.

ABŞ-ın iqtisadi potensialı zəifləyir. “UniCredit” bankının aparıcı iqtisadçısı Harm Bandholzun “Amerika iqtisadiyyatı özünü çox yaxşı hiss edir” kimi inandırmalarına baxmayaraq, Ümumdünya Bankı və İqtisadi əməkdaşlıq və inkişaf təşkilatının ABŞ-a nisbətdə proqnozları 2,4%-dək iki dəfə endirilib və görünür, bu, son hədd deyil.

US-CNS News-da keçən il noyabrın 6-da dərc edilmiş məlumata görə, iqtisadi baxımdan 251,541 milyon fəal əhalidən 94,513 milyonunun işi yoxdur. Başqa sözlə, ABŞ-da vətəndaşların 37,6%-i işszdir ki, bu da Amerika iqtisadiyyatının “özünü yaxşı hiss etməsi” haqda Vaşinqtonun iddialarını təkzib edir.

Köhnə Avropa keçmiş sovet blokundan yeni üzv dövlətləri ilə 2008-ci ildə Amerikadan gəlmiş böhranı indiyədək dəf edə bilmir və qətiyyən anlamır ki, 28 dövlətin 23 dildə danışan təmsilçisinin yaşadığı Avropa Birliyində daxili asimmetriyanın öhdəsindən necə gələcək.

Avropa Komissiyasının məlumatına görə, 2011-ci ildə Almaniyanın büdcəsinə daxilolma 200 milyard dollar təşkil edib, halbuki Avropa Birliyində bu məbləğə bərabər büdcə kəsiri var idi. Ümumdünya bankı, Beynəlxalq valyuta fondu və "Forbes" dərgisi 2016-cı ildə Avropa üçün 1,9% artım proqnozlaşdırır, lakin ehtimal ki, bu rəqəm azalma yönündə təkrar nəzərdən keçiriləcək.

Britaniya analitiki Timoti Qarton-Eş bu günlərdə "Foreign Affairs" dərgisindəki məqaləsində iddia edir: “Avropa ayrıca ölkələrin milli siyasətləri, Avropa siyasəti və kürəsəl bazarlar sisteminin biçimlədiyi üçbucağa qovulub”.

Bununla belə, Avropanın okeanın o tayındakı başlıca, həm də Avropanı iqtisadi böhrana, maliyyə üfürülmələrinə yoluxdurub öz oyuncağına döndərən tərəfdaşı heç bir istək bəlirləmir, heç ona yardım əli uzatmağa imkanı da yoxdur.

Çin – dünyanın ikinci və tezliklə birinci olası, artıq 2014-cü ildə ÜDM-ə görə ABŞ-ı ötüb keçən iqtisadiyyatı dərhal üç üfürlmədən qurtulmağa cəhd edir.

Birincisi, indeksləri 2014-cü ildə 120%-ədək yüksələn, 2015-də isə qəflətən çökən iki fond birjası ilə – Şanxay və Şençjen – bağlıdır. Bu, bütün ölkənin maiyyə rifahına mənfi təsir etdi. İkinci üfürülmə korporativ “zibil” istiqrazların izafiliyinin nəticəsidir. Çin iqtisadiyyatına pis təsir edən üçüncü üfürülmə yerli hökumət orqanlarının son illərdə 80%-ə yüksəlmiş borcudur.

Deutche Bank”-ın Çin təmsilçiliyinin məruzəsinə görə, yerli hökumət qurumları 1,6 trilyon yuanlıq torpağın əsas alıcı-satıcısıdır.

Bu üfürülmələr 2007-2015-ci illərdə ölkənin ümumi borcunun artma səbəbidir ki, Asiya nəhənginin iqtisadi inkişafını ciddi şəkildə əngəlləyir. Çin rəhbərliyi xidmət və istehlak iqtisadiyyatına keçidə nail olub artımı 5 % səviyyəsində saxlamağa cəhd edir.

Dünyadakı ağır iqtisadi durumla bərabər, geopolitika da bütün tarix ərzində ən ağır məqamlardan birini yaşayır. “Savadlı” qlobalizatorlar Yaxın Şərqi, sonra isə Afrikanın önəmli hissəsini sabitsizləşdirmək məqsədilə hələ Cimmi Karterin başladığı prosesi dərinləşdirməyə nail oldular. Məqsəd bu bölgələrin “balkanlaşdırılması” və onların milli sərvətlərinə, yəni karbohidrogenlərə çıxış əldə etməkdir. “Savadlı” strateqlər bu məqsədlə demokratiya və humanist dəyərlərin yeridilməsi təklifi altında “rəngli inqilablar”, “proqramlaşdırılmış hərc-mərclik” və hibrid müharibələr mexanizmini düşünüb taparaq tətbiq etdilər. Amerika əsgərinin və yaxud onun sadiq müttəfiqlərinin ayağı hara dəyirsə, orada miras, mədəniyyət, ənənələr və milli dəyərləri təmsil edən hər şey darmadağın edilir.

İraq, Əfqanıstan, Liviya, Suriya və Yəmən bu siyasətin ntəicəsində xarabazarlığa döndü. Planetin başqa bir tərəfində Ukrayna Vaşinqtonun qaladığı, bütün Avropaya yayılmaq təhdidi edən tonqalda alovlanır. Bu gün öz ölkələrində ABŞ Dövlət Departamentinin “proqramlaşdırdığı” müharibədən qurtulmağa çalışan ərəb və Afrika qaçqınlarının milyonlarla axını fonunda Avropada faşizm hərəkatının dirçəlməsi üçün ən əlverişli şərait yaranıb. Və nəzərə alınsa ki, qaçqınların sayı daha 12 dəfə arta bilər, Avropa Birliyinin hələ üzləşə biləcəyi çətinliklərin miqyasını təsəvvür etmək olar.

İsveçrə ordusunun baş komandanı, general Andre Blattman avropalı həmvətənlərinə “terror təhlükəsi böyüyür, bütün dünya hibrid müharibəyə cəlb edilib, iqtisadi perspektivlər fərəhsizdir, qaçqın və köçkün axını isə görünməmiş miqyaslara çatıb” xəbərdarlığını edərkən məhz bu amili nəzərdə tuturdu.

Məlumdur ki, artıq Avropaya düşmüş mühacirlər arasında İŞİD-in minlərlə olmasa da, yüzlərlə döyüşçüsü var və caynaqlarını göstərmək üçün əlverişli məqam gözləyir. İndiki İŞİD-in Cimmi Karterdən başlayaraq Amerika prezidentlərinin övladı olduğunu yada salsaq, onların Avropa, Avrasiya və Çini Vaşinqtonun maraqları və sorğusu əsasında yenidən bölmək  planları təəccüblü görünməz.

İŞİD liderləri hələlik həm də silah aldıqları Ukrayna ilə təmasdadırlar. Eyni zamanda terrorçuların Rusiya, Çin və Hindistan sərhədlərinə doğru yerdəyişimi müşahidə olunur. Bu arada Türkiyə prezidenti, MKİ-nin “qızıl cocuğu”, İŞİD-in inkişafı və yüksəlməsinə və Yaxın Şərqdən Avropaya qaçqın axınının artmasına nisbətdə Amerikanın əmrlərini icra edən Rəcəb Tayib Ərdoğanın rolu göz qabağındadır. Barak Obama və Ərdoğan sinxron şəkildə və əlbir hərəkət edirlər. Bu yaxınlarda Amerika hərbi təyyarələrinin mühafizəsi altında İraqdan Türkiyəyə hərəkət edən 10 mindən çox benzindaşıyanın fotosu dərc olunub. Suriyada Rusiya aviasiyasının fəaliyyəti üzündən bu ölkə “qara qızıl” ticarəti üçün riskli olub. Budur, İŞİD İraqda isə ABŞ-a tam şəkildə güvənə bilər. Prezident Barak Obamanın dəstəklədiyi və 2010-cu ildə imzaladığı 18 səhifəlik 11 saylı araşdırma direktivini (Presential Study Directive-11) oxumaq kifayətdir ki, İŞİD-in yaranması və terrorizmin inkişafına ABŞ-ın birbaşa dəxli olduğuna əmin olasan. Barak Obama şəxsən təkid edib ki, bu bölgədə dəyişimlərin gerçəkləşməsi üçün Latın Amerikası ölkələrinin, Şərqi Avropa və Asiyada xalq üsyanlarının inqilabi təcrübəsinə müraciət etmək lazımdır.

Sonradan ABŞ-da “müsəlman qardaşlar”, vəhhabilər, sələfilər və digər radikal cərəyanların təmsilçiləri üçün 22 təlim-məşq bazası açıldı. Onları “Müsəlman qardaşlar” bankı və Quzey Amerika İslam fondu (North American Islamic Trust) maiyyələşdirir. “İslamvil” adlı düşərgələrdən biri ABŞ-ın 101-ci hava hücumu diviziyasının qərarlaşdığı Doverdə (Tennessi ştatı) yerləşir.

Buna görə də təəccüblü deyil ki, 2015-ci ildə İraq, Suriya, Əfqanıstan, Pakistan, Yəmən və Somalidə 23 144 Amerika bombardmanı zamanı İŞİD-ə heç bir ziyan dəyməyib, bu ölkələrin iqtisadi infrastrukturu və silahlı qüvvələri məhv olub. Vaşinqtonun əsas məqsədi də elə bu idi.

Qısa şəkildə deyilsə, “savadlı qlobalizatorlar” Rusiya və İran istisna olmaqla “əl-qolunun bağlanması”na könüllü şəkildə razılaşan bütün dünyanın başısoyuqluğundan dağıdıcı geopolitikanı açıq şəkildə həyata keçirirlər. Avropanın zombi vəziyyətindən çıxmaq, Çinin isə ehtiyatlı davranmaq və “made in the USA” İŞİD-lə mübarizədə Rusiyanı dəstəkləmək vaxtı yetişib.

Uinston Çörçill bir dəfə deyib: “Müharibə yoxdursa, mən tənhayam”. Onun sözlərini başqa şəklə salsaq, təsəvvür etmək olar ki, Vladimir Putin də terrorla apardığı bu savaşda son dərəcə tənhadır. Bütün müharibələri dayandırmaq və “savadlı qlobalizatorlar”ın hamısını dünya ağalığına və varlanmağa hədsiz iddiaları ilə istefaya göndərməkdən ötrü qoy Xose Martinin arzuladığı kimi, “birlikdə” sözü “sülh kəlməsi” olsun. Biz dünyanın hərəkət etdiyi bu fəlakət yolunda ancaq bu cür dayana bilərik.

 

Viki Pelaes

Sputnik, International, 15.01.2016