XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

16 Yanvar 2016 - 13:54

İqtisadiyyat Nazirliyi: [color=red] “Azərbaycanda çörək qonşu ölkələrdən ucuzdur”

corek.jpg

İqtisadiyyat Nazirliyindən Azərtac-a bildiriblər ki, unun yeni qiymətləri qonşu ölkələrdəkindən xeyli aşağıdır. Müqayisə üçün: Gürcüstanda 50 kiloqramlıq 1 kisə əla növ buğda ununun pərakəndə satış qiyməti 31-32 manat, Türkiyədə 30-33 manat arasındadır.

Çörəyin qiymətinə gəlincə isə, Azərbaycanda hazırda əla növ buğda unundan bişirilmiş 500 qramlıq çörəyin pərakəndə satış qiyməti 30 qəpik təşkil edir. Əla növ buğda unundan bişirilmiş çörəyin 500 qramının pərakəndə satış qiyməti Gürcüstanda 50-70 qəpik, Türkiyədə 1.10-1.20 manat, Rusiyada 60-80 qəpik arasında dəyişir.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı yanvarın 15-dən etibarən əlavə dəyər vergisindən azad olunub. Bunun nəticəsi olaraq, hazırda 50 kiloqramlıq 1 kisə əla növ buğda ununun pərakəndə satış qiyməti ölkə ərazisində 23-24 manatadək enib.