Avropaya miqrant axını qaçaqmalçılara böyük pullar qazandırıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, ötən il Avropaya transfer müqabilində qaçqınlardan ümumilikdə 6 milyard dollara yaxın pul alınıb.
«The Independent» bu məlumatı Avropadakı mənbələrindən əldə edib.
Avropa hüquq-mühafizə orqanlarının sorğu keçirdiyi miqrantların 90 faizi Avropaya transfer üçün kriminal qruplara 3-6 min dollar arası vəsait ödədiklərini bildiriblər.