XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 January 2016 - 07:30

Sanksiyalar ləğv olundu, İran Avropaya[color=red] ilk sifarişini verdi

ABŞ və Avropa Birliyinin sanksiyalarından azad olan İran dərhal hərəkətə keçərək Avropaya təyyarə sifarişi verib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Tehran «Airbus» şirkətindən 114 təyyarə alır.
Bu barədə ölkənin yol və şəhərsalma naziri Abbas Axundi məlumat verib.

Nazir bildirib ki, ötən illər ərzində Qərbin sanksiyalarından ən çox zərər görən sahələrdən biri İran aviasiyası olub. Belə ki, bir çox təyyarələr "zapçast" probleminə görə uçuşlar həyata keçirə bilməyib.

A.Axundi onu da bildirib ki, aviasiyanın modernləşdirilməsi və gücləndirilməsi İran hökumətinin prioritetlərindən biridir. 

Qeyd edək ki, İran nüvə proqramı ilə bağlı üzərinə götürdüyü öhdləikləri yerinə yetirdiyi üçün ona qarşı tətbiq olunan çoxtərəfli və beynəlxalq iqtisadi və maliyyə sanksiyaları ləğv olunub.

Bununla da valyuta transferi, sığorta əməliyyatları, eləcə də neft, qaz və digər təbii ehtiyatların idxal-ixracına qoyulan qadağa aradan qalxıb. Eyni zamanda, İranın aviaşirkətlərinə yenidən Avropa Birliyi ərazisindəki hava limanlarına reyslər həyata keçirməyə icazə verilib.