Milli Məclisin yanvarın 19-da keçirləcək növbədənkənar iclasının gündəliyinə valyuta bazarının tənzimlənməsi ilə bağlı məsələ salınıb. Bu bazarın tənzimlənməsi üçün qanunvericiliyə dəyişiklilər edilməsi nəzərdə tutlur.
Strateq.az bildirir ki, bu barədə prezident İlham Əliyev bu gün keçirdiyi sosial məsələləlrə bağlı iclasda məlumat verib.
Valyuta bazarının tənzimlənməsi ilə bağlı müvafiq göstərişlərin verildiyini, təkliflərin hazırlandığını deyən dövlətimizin başçısı bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsinin əhəmiyyətinə toxunub. Prezident Milli Məclisin növbədənkənar sessiyasında məsələyə baxılacağını deyib.
Qeyd edək ki, Milli Məclisin sabah keçirələck növbədənkənar iclasının gündəliyi açıqlanmayıb.