XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

18 Yanvar 2016 - 11:38

“Təxribatçılar, işbazlar və dəllallar ciddi şəkildə cəzalandırılacaq” – [color=red]Prezidentdən sərt xəbərdarlıq

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə keçirilib.

Prezident çıxışında süni bahalaşmaya da münasibət bildirib, problemlə ciddi mübarizə aparılmasının əhəmiyyətini vurğulayıb.

İşbazların qiymətləri süni şəkildə bahalaşdırmağa çalışdığını deyən dövlət başçısı görülən tədbirlər nəticəsində çörəyin və unun qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşdüyünü vurğulayıb:

“Bu da sosial təşəbbüsdür. İlk növbədə çətin vəziyyətdə olan insanların vəziyyətini nəzərə alaraq biz bunu edirik və gələcəkdə də çalışmalıyıq ki, bu sahədə maksimum şəffaflıq olsun. İndiki şəraitdə əgər kimsə bu vəziyyətdən öz şəxsi iqtisadi və yaxud siyasi maraqları üçün istifadə etmək istəsə, o insanlar öz cəzasını alacaq. Təxribatçılar, işbazlar və dəllallar ciddi şəkildə cəzalandırılacaq.

Azərbaycanda son illər ərzində əldə edilmiş uğurları qoruyacağıq, ölkəmizin sürətli inkişafını təmin edəcəyik. İmkan verə bilmərik ki, kimsə bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etsin”.