XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

19 Yanvar 2016 - 08:45

“Un kralı” olan deputat danışdı: [color=red]“Unun qiyməti minimum 1 il qalxmayacaq”

esabil.jpg

“Azərbaycanda unun qiyməti minimum 1 il müddətində qalxmayacaq”.

Bu açıqlamanı Modern.az saytına Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, ölkədəki ən böyük un istehsal edən şirkətlərdən birinin – “Karat Holdinq” MMC-nin sahibi Əsabil Qasımov verib.

Ə.Qasımov bildirib ki, manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən (ƏDV) azad olunub ki, bu da çox vacib qərardır.

“Ən azı bir il müddətinə çörəyin və unun bahalaşması sıfıra bərabərdir”- deyə Əsabil Qasımov vurğulayıb.

Deputat onu da bildirib ki, hazırda regionda ən ucuz çörək və un Azərbaycanda satılmaqdadır.

İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına görə, hazırda daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşıb.

Unun yeni qiymətinə uyğun olaraq, 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılır.

Unu və çörəyi göstərilən qiymətlərdən artıq qiymətə təklif edən şəxslərə qarşı ən ciddi məsuliyyət tədbirləri görüləcək.