XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 January 2016 - 08:58

İranın dondurulmuş 32 milyard dolları qaytarıldı: [color=red]Pulların köçürülməsinə başlanıb

seyf.jpg

İranın Mərkəzi Bankının rəhbəri Vəliyullah Seyf ölkədən kənarda dondurulmuş maliyyə vəsaitinin köçürülməsinə başlandığını bildirib.

Strateq.az İRNA-ya istinadən bildirir ki, Vəliyullah Seyf ötən iki gündə İran iqtisadiyyatı yeni bir atmosferin şahidi olduğunu bildirib. Mərkəz Bank məhdudlaşdırılmış vəsaitinin yerlərinin dəyişdirilməsi ilə bağlı 14 qərar qəbul edib.

“Mərkəzi Bank ötən gün öz dondurulmuş maliyyə vəsaitinin bir hissəsini Yaponiyadakı bir bankdan bir Almaniya bankına köçürülməsi barədə qərar qəbul edib. Həmçinin, Cənubi Koreyada dondurulmuş pullarının bir hissəsini də Ərəb Əmirliklərinin Milli Bankına köçürmək qərarına gəlib”.

Vəliyullah Seyf deyib ki, sanksiyaların ləğv edilməsi ilə pul mübadilələrinin xərci də 10-15% azalmış olacaq. Bu da İran iqtisadiyyatının çiçəklənməsində təsirli ola bilər.

V.Seyf sanksiyaların ləğv edilməsi və nüvə anlaşmasının icra edilməsi ilə İranın dondurulmuş 32 milyard dollar pulunun azad edildiyindən xəbər verib:

Bu məbləğin 28 milyard dolları Mərkəzi Banka məxsusdur və onun 4 milyard dolları riyala (İranın pul vahidi) çevrilərək, dövlətin payı olaraq, xəzinəyə əlavə olunacaq”.

İranın Mərkəzi Bankının rəisi həmçinin qeyd edib ki, valyuta bazarında sabitliyin təmin edilməsi sanksiyaların ləğv edilməsindən sonra dövlətin əsas qayğılarından biri sayılır.

İki gün öncə də ABŞ İranın dondurulmuş pullarından yaranan 1.7 milyard dollar pulu İrana ödəyib.