Dünyanın ən məşhur sosial şəbəkələrindən olan “Twitter”-a bu gün saat 12:15–dən etibarən giriş məhdudlaşdırılıb.
Starteq.az-ın məlumatına görə, bunun səbəbi barədə şirkət tərəfindən hər hansı rəsmi açıqlama verilməyib. Ancaq səhifədə yazılan elandan problemin texniki bir xətadan qaynaqlandığı aydın olur.
Qeyd edək ki, Twitter zaman-zaman bir sıra ideoloji terror təşkilatlarının, o cümlədən İŞİD-in təhdidinə məruz qalıb.
Mümkündür ki, şəbəkədə yaranan nasazlıq virtial hücumlardan qaynaqlansın.