XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 January 2016 - 10:40

Dolların 2-2.5 manata qalxma iddialarına rəsmi reaksiya – [color=red]Baş bankirdən açıqlama

"Bu gün şayiələr gəzir ki, guya dolların məzənnəsi 2 – 2,5 manat olacaq. Bu söz-söhbətlər həqiqəti əks etdirmir".

Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. 

E.Rüstəmov əlavə edib ki, bəzi möhtəkirlərin vəziyyətdən sui-istifadə etməməsi üçün ölkədə 200-dək valyutadəyişmə məntəqəsi ləğv edilib:

"Artıq mübadilə əməliyyatları bankların daxilində aparılır və bu amil ajiotajın aradan qalxmasına səbəb olacaq". 

Manatın bugünkü məzənnəsini sərt eniş adlandıran E.Rüstəmov əlavə edib ki, neftin qiymətinin 25-30 dollar ətrafında proqnozlaşdırıldığından makroiqtisadi sabitlik üçün iqtisadiyyat neftin qiymətinə uyğunlaşdırılmalıdır.