XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

20 Yanvar 2016 - 11:09

İsveçin xarici işlər naziri [color=red]korrupsiyada ittiham olunur

İsveç prokurorluğunda ölkənin xarici işlər naziri Marqot Valstremlə bağlı cinayət işi başladılıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, nazir korrupsiyada ittiham olunur.

İddialara görə, Valsterm ölkənin «Kommunal» adlı ən böyük həmkarlar ittifaqından növbəsiz mənzil alıb. 

İttihamları qəbul etməyən nazir günahı «Kommunal» rəhbərliyinin üzərinə yıxıb:

«Bəli, onlardan mənzil almışam. Amma o vaxt məni yüksək səviyyədə əmin etdilər ki, hər şey qayda-qanuna uyğundur. Mənzil növbəsində olan insanları qabaqlamaq fikrim olmayıb. Onlar məni aldadıblar. Qəzəbliyəm və çox təəssüf edirəm».

Valstermin siyasi opponentləri isə bunu "bəhanə" adlandırır və hesab edirlər ki, nazir sadəcə məsuliyyətdən yayınmağa çalışır.  

Marqot Valstrem İsrail əleyhinə çıxışları ilə tanınır.

Nazir İŞİD-in Parisdəki terror hücumlarına görə də İsraili ittiham etmişdi.