XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 January 2016 - 22:53

Davosda liderlərə hesabat təqdim ediləcək: [color=red]Dünyanın ən varlı 62 şəxsinin SİYAHISI
Davos-1.jpg
 
İngiltərənin yardım qurumu olan "Oxfam"ın dərc etdiyi hesabatda 62 milyarderin sərvətinin dünya əhalisinin yarısının sərvətindən (3.5 milyard) daha çox olduğu məlum olub. 
 
Avropa.info xəbər verir ki, "Oxfam" gəlir bölgüsündəki qeyri-bərabərliklərlə bağı hazırladığı hesabatı bu həftə Davosdakı Dünya İqtisadi Forumunda ölkə liderlərinə təqdim edəcək.
 
Varlılarla kasıblar arasındakı gəlir bərabərsizliyinin artmaqda davam etdiyini vurğulayan qurum 2016-ci ildə dünya əhalisinin 1%-nə bərabər olan 70 milyon nəfərin dünyanın geri qalan 99%-dən (təxminən, 7 milyard insan) daha çox sərvətə sahib olduğunu açıqlayıb.
 
"Oxfam"ın hesabatına görə, sərvətləri 3.5 milyard insandan daha çox olan 62 nəfərin adları aşağıdakı kimidir:
 
1. Bill Geyts – "Microsoft"-un qurucusu (60 yaş) – 76.6 milyard dollar. ABŞ
 
2. Amansio Ortega – "Zara" geyim mağazaları şəbəkəsinin sahibi – 66.9 milyard dollar. İspaniya
 
3. Varren Buffett – maliyyə sektoru – 59.5 milyard dollar. ABŞ
 
4. Jeff Bezos – "Amazon"-un sahibi – 50.4 milyard dollar. ABŞ
 
5. Karlos Slim Helu – Telekommunikasiya sektoru – 48.7 milyard dollar. Meksika
 
6. Larri Ellison – Proqram şirkəti olan "Oracle"-ın sahibi – 43 milyard dollar. ABŞ
 
7. Mark Zukerberq – "Facebook"-un sahibi – 41.6 milyard dollar. ABŞ
 
8. Çarles Koç – "Koç" şirkətlər qrupunun səhmdarı – 39.7 milyard dollar. ABŞ
 
9. Devid Koç – "Koç" şirkətlər qrupunun səhmdarı – 39.7 milyard dollar. ABŞ
 
10. Lilian Bettenkaurt – "L'Oreal" kosmetika şirkətinin sahibi – 36.5 milyard dollar. Fransa
 
11. Maykl Bloomberg – "Bloomberg" xəbər agentliyinin sahibi – 36 milyard dollar. ABŞ
 
12. Larri Peyg – İnternet axtarış sisteminin qurucusu – 35.9 milyard dollar. ABŞ
 
13. Sergey Brin – İnternet axtarış sisteminin olan "Google"-un qurucularından – 35.2 milyard dollar sərvətə sahib. ABŞ
 
14. Cim Valton – "Wal-Mart" supermarketlər şəbəkəsinin ortağı – 35.2 milyard dollar. ABŞ
 
15. Bernard Arnault – Dəbdəbəli əşyaların satışı – 32.5 milyard dollar. Fransa
 
16. Alisa Valton – "Wal-Mart" supermarketlər şəbəkəsinin ortağı – 30.9 milyard dollar. ABŞ
 
17. S.Robson Valton – "Wal-Mart" supermarketlər şəbəkəsinin ortağı – 30.5 milyard dollar. ABŞ
 
18. Kristi Valton – "Wal-Mart" supermarketlər şəbəkəsinin ortağı – 29.6 milyard dollar. ABŞ
 
19. Li Ka-shing – Əmlak sektoru – 28.6 milyard dollar. Çin, Hong Kong
 
20. Vang Jianlin – Əmlak sektoru – 26.4 milyard dollar. Çin
 
21. Phil Nayt – "Nike"-ın sahibi – 24.9 milyard dollar. ABŞ
 
22. Corc Soros – Maliyyə sektoru – 24.5 milyard dollar. ABŞ
 
23. Stiv Ballmer – "Microsoft"-un qurucularındandır – 23.9 milyard dollar. ABŞ
 
24. Jorg Paulo Lemann – İş adamı – 23.9 milyard dollar. Braziliya
 
25. Corc Şeffler – İş adamı – 23.1 milyard dollar. Almaniya
 
26. Forrest Mars Jr. – Qida sektoru – 23 milyard dollar. ABŞ
 
27. Jaklin Mars – Qida sektoru – 23 milyard dollar. ABŞ
 
28. Con Mars – Qida sektoru – 23 milyard dollar.  ABŞ
 
29. Devid Tomson – "Reuters" xəbər agentliyinin sahibi – 22.8 milyard dollar. Kanada
 
30. Şeldon Adelson – Mərc oyunları sektoru – 22.5 milyard dollar. ABŞ
 
31. Li Şau Ki – Əmlak sektoru – 22.2 milyard dollar. ABŞ
 
32. Mukeş Ambani – Enerji sektoru – 21.9 milyard dollar. Hindistan
 
33. Maria Franka Fissolo – Qida sektoru – 21.8 milyard dollar. İtaliya
 
34. Jak Ma – Online alış-veriş sektoru – 21.8 milyard dollar. Çin
 
35. Leonardo Del Veççio – Eynək istehsalı – 21 milyard dollar. İtaliya
 
36. Stefan Persson – "H & M" geyim mağazalarının sahibi – 20.7 milyard dollar. İsveç
 
37. Karl İkahn – Maliyyə sektoru – 18.5 milyard dollar. ABŞ
 
38. Maykl Dell – "Dell" kompyuter şirkətinin  sahibi – 18.4 milyard dollar. ABŞ
 
39. Pol Allen – "Microsoft"-un ortağı – 17.9 milyard dollar. ABŞ. 
 
40. Bite Heister & Karl Albreçt Jr – "Aldi" supermarketlər şəbəkəsinin sahibi – 17.7 milyard dollar. Almaniya
 
41. Anne Cox Çambers – Media sektoru – 17.4 milyard dollar. ABŞ
 
42. Danin Çearavanont – Qida sektoru – 17.3 milyard dollar. Tayland
 
43. Suzanna Klatten – "BMW"-nin ortağı – 17.3 milyard dollar. Almaniya
 
44. Tadaşi Yanani – İş adamı – 17.2 milyard dollara. Yaponiya
 
45. Loren Povell Jobs – "Apple"-ın ortağı – 17.1 milyard dollar. ABŞ
 
46. Ma Hateng – Media sektoru – 16.8 milyard dollar. Çin
 
47. Şahzadə Vəlid ibn Talləl Əli Səud – Maliyyə sektoru – 16.8 milyard dollar. Səudiyyə Ərəbistanı
 
48. Len Blavatnik – İş adamı – 16.6 milyard dollar. ABŞ
 
49. Teo Albrekt Jr – İş adamı – 16.1 milyard dollar. Almaniya
 
50. Əzim Premji – Proqram təminatı sektoru – 16 milyard dollar. Hindistan
 
51. Maykl Otto – Əmlak sektoru – 15.9 milyard dollar. Almaniya
 
52. Dilip Şanghvi – Dərman sektoru – 15.7 milyard dollar. Hindistan
 
53. Stefan Quant – "BMW"-nin ortağı – 15.7 milyard dollar. Almaniya
 
54. Rey Dalio – Maliyyə sektoru – 15.7 milyard dollar. ABŞ
 
55. Donald Bren – Əmlak sektoru – 15.2 milyard dollar ABŞ
 
56. Serge Dassault – Təyyarə istehsalçısı – 14.8 milyard dollar. Fransa
 
57. Hinduja Qardaşları – İş adamı 14.5 milyard dollar. İngiltərə
 
58. Aliko Dangot – İş adamı – 14.3 milyard dollar. Nigeriya
 
59. Dieter Şvarz – "Lidl" supermarketlər şəbəkəsinin sahiblərindən biri – 14.2 milyard dollar. Almaniya
 
60. Ceyms Simons – Maliyyə sektoru – 14 milyard dollar. ABŞ
 
61. Çeng Yu-tung – İş adamı – 13.9 milyard dollar. Hong Kong
 
62. Çarles Ergen – Peyk platformasısektoru – 13.9 milyard dollar. ABŞ