XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 May 2015 - 13:31

Putin Ərdoğanla birləşdi: “Türk axını” reallaşdı

Turk axini_2.jpg

Rusiyanın “Qazprom” və Türkiyənin “Botaş” şirkətləri “Türk axını” qaz kəmərinin dənizin dibi ilə keçəcək marşrutu barədə razılıq əldə ediblər. “Türk axını”nın 660 kilometrlik hissəsi “Cənub axını” boru kəmərinin keməsinin planlaşdırıldığı marşrutla çəkiləcək, 250 kilometrlik hissə isə Türkiyənin avropa hissəinə doğru yeni dəhlizi əhatə edəcək.

“Qazprom”un rəhbəri Aleksandr Miller və Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın bu gun keçirilən görüşündə “Türk axını” qaz kəmərinin 2016-ci ilin dekabr ayınadək istifadəyə verilməsi və istismara başlanılması ilə bağlı razılıq əldə edilib.

“Bu gün çox konstruktiv və vacib danışıqlar baş tutudu. “Türk axını” qaz kəmərinin 2016-ci ilin dekabr ayınadək istifadəyə verilməsi və istismarına başlanılması ilə bağlı razılıq əldə olundu. “Qazprom” “Türk axını” layihəsinin işlənməsi ilə bağlı bu gün əldə olunmuş razılaşmaları əsas götürəcək”, – deyə A.Miller bildirib.

Xatırladaq ki, Rusiyanın “Qazprom” və Türkiyənin Botaş şirkətləri “Türk axını” qaz kəmərinin çəkilməsi ilə bağlı 2014-cü ilin 1 dekabrında memorandum imzalayıblar. Rusiya “Türk axını” qaz kəməri vasitəsilə ildə 63 milyard kubmetr təbii qazı Avropaya nəql etməyi nəzərdə tutur. 1100 km uzunluğunda “Türk axını” qaz kəməri Qara dənizdən keçməklə Yunanıstan sərhəddinə doğru çəkiləcək.

Bu ilin fevral ayında “Türk axını” qaz kəmərinin qurudan keçən hissəsinin marşrutu müəyyən olunmuşdu. Kəmərin quru hissəsinin uzunluğu 180 km təşkil edəcək.

Strateq.az