XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

21 Yanvar 2016 - 09:47

Palata nazirlikdəki yoxlamanı bitirdi, [color=red]yeni nazir isə rabitədə təftişi davam etdirir

Hesablama Palatası Kollegiyasının növbəti iclasında bir sıra qurumlarda aparılan yoxlamalar müzakirə olunub.

Strateq.az Palatanın rəsmi saytına istinadən xəbər verir ki, iclasda 2015-ci il Iş planına uyğun həyata keçirilmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanması və ödənilməsinin, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna, “Azərkosmos” ASC tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin, cəlb edilən kreditlərin və büdcədənkənar vəsaitlərin istifadəsinin, kreditlərin qaytarılma vəziyyətinin, dövlət büdcəsinin gəlirlərinin və büdcədənkənar vəsaitlərin hesablanması və ödənilməsinin, dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna və dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Sumqayıt Şəhər İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar müzakirə edilib.

İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun olaraq audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb. 

Strateq.az-ın əldə etdiyi məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yeni rəhbəri Ramin Quluzadə hazırda rəhbərlik etdiyi bütün qurumlarda kompleks yoxlama apartdırır. Hələlik isə həmin yoxlamalar bitməyib. 

Bəzi məlumatlara görə, yeni nazir bu təftişin sonuncu olaraq yoxllama aparılan qurumların rəhbər şəxslərinin vəzifədə qalıb-qalmayacağına qərar verəcək.

Strateq.az