XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

21 Yanvar 2016 - 10:37

Neft erası bitdi: [color=red]Köhnə dəvə karvanlarını indi yük qatarları əvəzləyəcək[/color] – Təhlil

demiryol-11.jpg

 

Enerji resurslarının qiymətinin sürətlə düşməsi Azərbaycan iqtisadiyyatına da mənfi təsir etdi. Ölkə ucuzlaşmış neftin ucbatından milyadlarla dolları saydan buraxdı ki, bu da ölkə büdcəsinə və milli valyutanın kursuna təsir etdi. Maliyyə nazirliyi xərclərin azaldılması yollarını arayınca, İqtisadiyyat nazirliyi isə ixracat resurslarının variantlrı üzərində baş sındırınca “Azərbaycan dəmir yolları” artıq xarici yüklərin ölkə ərazisindən keçməklə daşınması üçün yeni marşrutları geçəkləşdirir.

 

Böyük Süd Yolu

 

Azərbaycanın əlverişli coğrafi durumu hələ orta əsrlərdə ölkəni Qərbdən Şərqə, Quzeydən Güneyə nəqliyyat yollarının kəsişdiyi nəqliyyat qovşağına çevirmişdi. Azərbaycanın ticarət yollarında yerləşmiş şəhərləri çiçəklənir, karvansaralara isə eyni vaxtda dünyanın hər yerindən minlərlə tacir düşürdü. Lakin Avropadan Hindistan və Çinə dəniz yollarınını açılışı Böyük İpək Yolunun aktuallığını aşağı saldı və indiki Azərbaycanın ərazisindəki Səfəvi imperiyasının iqtisadi dayaqlarının sarsılmasına səbəb oldu. Populyar ticarət yollarını itirmiş Azərbacan şəhərləri tənəzzülə uğradı, Azərbaycan torpaqları isə uzun əsrlər boyunca vahid və güclü dövlətdə birləşə bilmədi.

Bu gün dünya dəyişilib və indi neft erasının qəfil sonluğu artıq Azərbaycan iqtisadiyyatını iflasa aparmaqla təhdid edir. Lakin bir neçə əsr əvvəl Azərbaycanın tənəzzülünə səbəb olmuş ticarət yolları məhz artıq bu gün iqtisadi rihafı qaytara bilər.

Hazırda qitənin iki ən böyük dəmiryol marşrutu – Quzey-Güney və Qərb-Şərq – Azərbaycan ərazisindən keçir. Bu dəhlizlər Azərbaycana milyonlarla ton tranzit yük və milyardlarla dollar gəlir təmin edə bilər.

Haqqin.az artıq bu haqda yazıb ki, Azərbaycan Quzey-Güney dəhlizinin tam işə salınmasını gözləmədən yüklərin öz ərazisindən İran Astarasından Rusiyaya daşınmasını gerçəkləşdirməyi nəzərdə tutur. Hətta ölkəmiz dəmiryolunun Rəşt-Astara hissəsinin inşasını hesaba almadan Rusiyanın bir neçə milyon ton yükünü İrana göndərməyə nail ola bilər. Bu gün bunun üçün dəmiryolunun cəmi 8 kilometrlik hissəsini və bir dəmiryol körpüsünün inşasını başa çatdırmaq lazımdır.

 

Hindistandan Helsnkiyə iki həftəyə

 

Prezident İlham Əliyev Nazirlər kabinetinin bugünlərdəki toplantısında Azərbaycan ərazisindən yükdaşımaları tranzitinin qaydaya salınmasının əhəmiyyətini xüsusi vurğuladı və İranla sərhəddə dəmiryol sahəsi inşasının artıq bu il başa çatdırılacağını elan etdi.

Prezident qeyd etdi: “Orada səkkiz klometr qalır. Həmin hissə bu il inşa edilməlidir.  İranla artıq danışqılar aparılıb, bu yolun əhəmiyyəti  böyükdür. Bu, Azərbaycanı Quzey-Güney dəhlizinin olduqca mühüm  tərəfdaşına çevirəcək. Beləliklə, bütün yollar – Şərq-Qərb, Quzey-Güney – Azərbaycandan keçəcək. Bu bizim siyasi və iqtisadi maraqlarımızı təmin edəcək. Buna görə də bir daha demək istəyirəm ki, bu il, ən azı, həmin 8 kilometrlik hissə inşa edilməlidir”.

Lakin Quzey-Güney nəqliyyat dəhlizinin tam işə salınması üçün İran ərazisində Astara-Rəşt-Qəzvin dəmiryol xəttinin inşasını başa çatdırmaq vacibdir. Həm də Rəştlə Qəzvin arasındakı hissənin inşası prinsipcə başa çatır və indi hər şey 153 km-lik Astara-Rəşt hissəsinin inşasına dirənir.

“Azərbaycan Dəmiryolları” (ADY) QSC-nin rəhbəri Cavid Qurbanov ANS telekanalına müsahibəsində qeyd etdi ki, inşa edilən yolun bu hissəsinin inşası hətta maliyyə və coğrafi çətinliklər nəzərə alınmaqla 2019-cu ilədək başa çatdırıla bilər.

Astara-Rəşt xətinin ümumi dəyəri milyardyarım dollar təşkil edir. QSC sədrinin sözlərinə görə, İran tərəfi dəmiryol infrasrtukturunun altındakı torpaqların alqısını və layihədə nəzərdə tutulmuş digər xərcləri öz üzərinə götürür. Lakin İran tərəfi inşa prosesinin özünə tələb edilən 400 milyon dolları Azərbaycanın yardımı ilə axtarmağı təklif edir, yəni Bakı buna pul ayırmayacaq, yalnız İqtsadiyyat nazirliyi ilə danışqılar əsasında rəsmi Tehranın maliyyə öhdəliyi altında kredit tapmağa kömək edəcək. Maliyyə və texniki problemləri ən yaxın vaxtlarda həll etmək mümkün olsa və yolun İran hissəsi inşa edilsə, beynəlxalq Quzey-Güney dəhlizinin işə salınmasından danışmaq olar. Başlanğıcını Hindistandan götürən və Helsinikiyədək gedib çatan Quzey-Güney dəhlizi Azərbaycan üçü ən önəmli marşrutlardan biridir. Quzey-Güney dəhlizi Quzey Avropanı Güney-şərqi Asiya ilə, həm də İran, Azərbaycan və Rusiyanın dəmiryollarını  birləşdirəcək.

Bu, yetərincə uzun, o cümlədən Azərbaycan ərazisindən keçən, təxminən, beş min kilometrlik yoldur. Azərbaycan vasitəsilə Ruisyadan İrana illik yük tranziti 10 milyon tona çata bilər. Avropa ilə Hindistan arasındakı bu göstərici isə, demək olar, 25 milyon tona bərabərdir. Bu gün bu yüklərin böyük qismi dənizlə göndərilir ki, tədarük vaxtını 45-60 günədək uzadır. Azərbaycan ərazisindən Quzey-Güney dəhlizinin işə salınması ilə tədarük vaxtı 14-20 günədək, yəni 2-3 dəfə qısalacaq.

 

Azərbaycan Ukraynanı mühasirədən çıxardır

 

Bu arada “Azərbaycan dəmiryolları”nın rəhbərliyi Quzey-Güney dəhlizinin tam işə salınmasını gözləməyə hazırlaşmır və Rusiya yüklərinin İran Astarasına tranzitini təşkil etməkdən savayı, İranın Gürcüstana, oradan da Avropaya gedəsi yüklərinin tranziti ilə də ciddi şəkildə məşğul olur.

ADY başçısı Cavid Qurbanov öz müsahibəsində təsdiqlədi ki, bərələrlə ilk 50 min ton taxılın İranın Əmirabad limanından Azərbaycanın Ələt limanına nəqli üzrə müqavilə artıq imzalanıb, yük buradan dəmiryolu ilə Gürcüstana, sonra isə Avropaya çatdırılacaq.

Son bir neçə ayda Transxəzər beynəlxalq nəqliyyat marşrutunda (TBNM) önəmli dəyişikliklər baş verib. Bu istiqamət Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən uzanıb Çinlə Avropanı birləşdirir. Şixeszı (Çin)-Dostik-Aktau-Ələt marşrutu ilə irəliləyən konteynerli ilk sınaq qatarı Bakı beynəlxalq ticarət dəniz limanına 2015-ci il avqustun 3-də gəlib çatdı.

Rusiya ilə gərgin münasibətlər nəzərə alınmaqla və bununla bağlı yüklərin Rusiya ərazisindən tranzitinin çətinliyinə görə Ukrayna da Transxəzər marşrutuna qoşulub. Kiyev Rusiyadan yan keçməklə Mərkəzi Asiyaya yük daşımaq üçün öz yükdaşıyanlarına Transxəzər nəqliyyat marşrutundan istifadə etməyi təklif edib. Bununla bağlı yanvarın 15-də konteynerli qatar İliç şəhərindən (Odessa vilayəti) Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə (Qara və Xəzər dənizləri vasitəsilə) sınaq reysinə yollandı. Odessa vilayətinin yeni marşrutu unikal adlandıran qubernatoru Mixail Saakaşvili Ukraynanın bu marşruta qoşulmasını alqışladı. O, İliçdə marşrutun təqdimatında jurnalistlər qarşısında çıxış edərkən dedi: 

“Biz mahiyyətcə nadir bir layihəni işə salırıq. Mən onu hələ 2014-cü ildə Azərbaycan prezidenti İlham Əliyevlə, sonra isə Ukrayna prezidenti Pyotr Poroşenko ilə müzakirə etmişəm. Biz onun uğuruna dərhal əmin olduq. Heç kim inanmırdı, lakin biz inandıq”.

Azərbaycan, Ukrayna, Gürcüstan və Qazaxıstan bundan bir gün öncə Bakıda Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə yükdaşımalarının rəqabətqabiliyyətli güzəşt tariflərinin müəyyən edilməsi haqda protokol imzaladı. Protokolu “Azərbaycan Dəmiryolları” QSC-nin başçısı Cavid Qurbanov, həmçinin Qazaxıstan dəmiryolunun rəhbəri Əsgər Mamin, Gürcüstan dəmiryolunun başçısı Mamuka Baxtadze və “Ukrayna dəmiryolları” SC idarə heyətinin sədri vəzifəsini icra edən Aleksandr Zavqorodni imzaladılar.

Ukrayna öz yüklərinin Rusiya ərazisindən keçirilməsi ilə bağlı yeni tranzit qaydaları üzündən Transxəzər marşrutuna qoşulmağa məcbur idi. Faktiki olaraq, yeni rejimin tətbiqi Ukrayna yüklərinin Rusiya ərazisindən daşınmasının tamamilə dayandırılmasına səbəb oldu. Lakin  Ukrayna indi nəqliyyatca Rusiyadan tam müstəqillik, Azərbacan isə öz ərazisindən Ukraynanın milyon tonlarla tranzit yükünü qazanacaq. Hələlik  söhbətin hansı həcmdə yükdən getdiyini demək olmur, lakin “Ukrayna dəmiryolları” SC idarə heyətinin sədri vəzifəsini icra edən Aleksandr Zavqorodni jurnalistlərlə söhbətində qeyd etdi ki, ölkəsi Azərbaycan ərazisindən Transxəzər marşrutu ilə Mərkəzi Asiyaya ildə 10 milyon tonadək yük daşımağı planlaşdırır.

Bütün iştirakçı ölkələr, indi isə Ukrayna yeni marşrutun perspektivlərini yüksək dəyərləndirməklə ona böyük ümidlər bəsləyir. “Azərbaycan Dəmiryolları” mütəxəssislərinin hesablamalarına görə, yeni marşrut üzrə ayda səkkiz və yaxud ildə, demək olar, 100 qatar keçə bilər. Ehtimal olunur ki, marşrutun potensialı 2020-ci ilədək tam 300-400 konteyner daşımağa imkan verəcək ki, bu da tranzit daşımalarında təkcə Azərbaycana 600-700 milyon dollar gəlir təmin edəcək. Tranzit daşımalarının həcmi artdıqca isə perspektivdə ölkəyə bir milyard dollar da verə bilər.

 

Bəndər-Abbasdan Batumiyə isə bir həftəyə

 

Transxəzər marşrutu Çinlə Rusiyanın hazırladığı Avropaya İpək yoluna rəqib ola bilər, buna görə də Moskva Çinin və postsovet ölkələrinin onun ərazisindən yan keçən yükləri buraxmasına son dərəcə qısqanclıqla yanaşır. İqtisadçı ekspert Artyom Deyev Rusiya nəşrlərindən birinə müsahibədə qeyd edib ki, Çin Rusiya tərəfdaşının ətrafında biçimlənmiş geopolitik şərait üzündən ticarət axınlarının azalması və Ukrayna,  Türkiyə ilə ilə ticari münasibətlərin kəsilməsinə görə riskə məruz qalmaq istəmir.

ÇXR istisnasız olaraq mal ixracatından gəlirlə yaşayır və Pekin istənilən iqtisadi və siyasi münaqişədə tərəfsizliyi saxlamaqla hər şeydən əvvəl özü üçün hər şeydən maksimal gəlir əldə etmək prinsipini rəhbər tutur.

Bununla yanaşı, Azərbaycan vasitəsilə yeni yük axınları marşrutlarının uğurundan heyrətlənmiş Rusiya ekspert və analitikləri Rusiya ərazisindən daha səfəli tranzit tariflərinə görə onun çox tezliklə əhəmiyyətini itirəcəyəni bildirib, önəmini hər cür azaltmağa cəhd edirlər. Lakin Azərbaycanın Ukraynanın Mərkəzi Asiyaya bütün yüklərinin tranzitini öz üzərinə götürməyi qərarının qanuniliyi ətrafında siyasi və iqtisadi mübahisələr gedincə, Cavid Qurbanov yeni nəqliyyat dəhlizi və brendinin – Güney-Qərb – yaradılmasını elan etdi. ADY rəhbəri bu ideyanı ötən çərşənbə Bakıda keçən beynəlxalq “Quzey-Güney beynəlxalq nəqliyyat dəhlizi: yeni istiqamətlər, inkişaf və perspektivlər” dialoq-forumda səsləndirdi. 

C.Qurbanov qeyd etdi: “Bu, uyğun strukturların rəhbərlərinə bu forum çərçivəsində müzakirə üçün təklif etdiyimiz yeni logistik məhsuldur. Bizim ekspert qrupumuz bu marşrutun perspektivlərini və inkişaf yollarını öyrənib və daşıma tarifləri müəyyən edib. Ümidvarıq ki, təklif müzakirənin gedişində qəbul ediləcək”.

ADY rəhbəri hesab edir ki, təklif edilən nəqliyyat dəhlizi Hind okeanının limanlarından və Fars körfəzində Bəndər-Xomeyni limanından İran, Azərbaycan və Gürcüstan ərazsisi ilə Qara dəniz limanlarına və əksinə dəmiryolu vasitəsilə tranzit yüklərin iqtisadi baxımdan daha effektli tədarükünü təmin edəcək.

Qurbanov qeyd etdi ki, mövcud infrastruktur nəzərə alınmaqla yüklərin Bəndər-Abbas limanından Poti və Batumiyə daşınması 7 günə, Hind okeanındakı Mumbai limanından isə 14 günə mümkün olacaq.

 

Bizim xülasə

 

Quzey-Güney, Şərq-Qərb, indi isə Güney-Qərb marşrutları artıq ən yaxın dövrdə Azərbaycanı qitənin ən inkişaf etmiş nəqliyyat qovşağına çevirə bilər. Ölkəmiz xeyli əsrlər öncə itirilmiş ticarət yollarını yenidən özünə qaytara bilər. Azərbaycan torpağından əvvəllər daşınan yüklər minlərlə dəvə ilə hesablanırdısa, bu gün söhbət on milyonlarla tondan gedir. Yükün hər tonunun tranziti orta hesabla 30 dollara başa gəlir. Ən sadə hesablama göstərir ki, Çindən Avropaya, Rusiyadan İrana, Hindistandan Avropaya yük tranzitindən gəlirlər Azərbaycan üçün milyardlarla dollar təşkil edəcək. Bu, məhz həmin dollardır ki, neftin qiyməti düşdüyünə görə Azərbaycan saydan buraxdı. Ölkəyə valyuta gətirən neft kəmərlərinin yerinə dəmiryol qatarları gələcək. Həm də bu gün, ən başlıcası, onların Azərbaycandan yan keçməsinə yol verməməkdir. Tariximiz boyu ikinci dəfə ticarət yollarını itirməyi özümüzə caiz bilmərik.

 

Murad Səmədov

Haqqin.az, 20.01.2016