Milli Təhlükəsizlik Nazirliyi (MTN) ətrafında baş verən olaylardan sonra Prezidentin sərəncamı ilə işdən çıxarılan Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov nəhayət ki, susqunluğunu pozub.
Strateq.az xəbər verir ki, «unikal.org»a qısa müsahibə verən keçmiş nazir bir sıra mətləblərə aydınlıq gətirib.
– Əli müəllim, salam, necəsiz? Hazırda hardasınız?
– Hazırda şəhərdəki evimdəyəm, istirahət edirəm.
– Məlum olaylarda bağlı istintaqa ifadə vermisiz, ümumiyyətlə, bununla bağlı istintaq orqanlarına gedib-gəlirsizmi?
– Heç yerə getməmişəm. Evdə oturmuşam. İstintaqa da çağırılmamışam.
– Belə çıxır ki, cinayət törədənlər tutulan şəxslər olub…
– Verdiyiniz qiymətə və ədalətli mövqeyinizə görə çox sağ olun.
– Nazirliyin keçmiş aparat rəhbəri Vidadi Zeynalov deyib ki, oranın naziri mən deyiləm ki, bütün məsuliyyət mənim üzərimdə olsun. Bu barədə nə deyə bilərsiniz?
– Mən çox təəssüf edirəm ki, Vidadi Zeynalov belə bir fikir səsləndirib. Ondan belə bir şey gözləmirdim. Bu, əslində şantajdır.