XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

07 May 2015 - 18:43

Türkiyə ilə Səuduyyə Ərəbistanı Əsədi devirmək üçün anlaşıb

Bir müddət əvvəl Yəməndə və Suriyada baş verən hadisələri şərh edərkən bildirmişdik ki, Türkiyə ilə Səudiyyə Ərəbistanı İranın Yaxın Şərq strategiyası olan “Şiə hilalı”nın həm şimal, həm də cənub qollarını kəsmək məsələsində ümumi razılığa gəliblər və bölgədə baş verənlər də əslində bunun nəticəsidir. Analizdə həmçinin bu razılığın ABŞ tərəfindən xoş qarşılanmayacağına da diqqət çəkilmişdi. (Bax: “Şiə hilalı”nın qolları kəsilir)

Bu gün Associated Press (AP) xəbər agentliyinin yaydığı bir məlumat Strateq.az-ın məlum analizini təsdiqləyir. Adı çəkilməyən bir türk yetkilisinin verdiyi açıqlamaya söykənən məlumatda bildirilir ki, Türkiyə və Səudiyyə Ərəbistanı doğrudan da Bəşər Əsədin devrilməsi üçün razılığa gəliblər. Mənbə xəbər agentliyinə həmçinin deyib: “Türkiyə ilə Səudiyyə Ərəbistanının ortaq düşmənləri Bəşər Əsədlə necə mübarizə aparılacağı mövzusunda fərqli mövqedə idilər. Lakin ABŞ-ın qərarsızlığı onlarda xəyal qırıqlığı yaratdı və iki ölkəni Suriyanın şimalında ortaq strategiyada birləşdirdi”.

Xəbərdə həmçinin hər iki dövlətin əsaslanacağı qüvvənin adı da çəkilir: Bu, əl-Nüsra liderliyindəki “Fəth ordusu”dur”.

Türkiyə və Suriyanın dəstəklədiyi qüvvənin əl-Qaidənin uzantısı olmasının ABŞ-ı xeyli narahat etdiyi bildirən türk yetkilisi bu nigarançılığın səbəbini də açıqlayıb: “Obama rəhbərliyi Əsədin yerinə keçəcək rejimin radikal İslamçı potensiala malik olmasından qorxur”.

Türk yetkilisi “Obama rəhbərliyi bütün diqqətini İranla məsələlərə ayırdı və Suriyadan uzaq qaldı” deyərək, ölkəsiylə Səudiyyə Ərəbistanı arasında razılaşmanın Ərdoğanın mart ayı başında reallaşan Riyad ziyarəti əsnasında əldə olunduğunu etiraf edib.

Strateq.az-ın Analitik Şöbəsi