XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 May 2015 - 04:54

Milli Şura mayın 17-nə mitinq təyin etdi- XƏBƏR

milli-sura-mitinq.jpg

Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti iclası keçirilib. İclasda ölkədəki ictimai-siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub.

Strateq.az bildirir ki, müzakirələr zamanı toplantı iştirakçıları müzakirələrin nəticəsi olaraq, Milli Şuranın mayın 17-də “Məhsul” stadionunda “Talana son!” tələbilə mitinq keçirməsi və bununla əlaqədar Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilməsinə qərar verib.

Mayın 3-də saat 15.00-da “Məhsul” stadionunda mitinq keçirmək istəyinə Bakı şəhər İcra Hakimiyyətinin qanuna zidd şəkildə razılıq verməməsi bir daha pislənilib. Həmçinin bununla əlaqədar məhkəməyə müraciət etməklə yanaşı, Milli Şura adından açıqlama da yayılıb.

Bəyanatda Demokratik Qüvvələrin Milli Şurası bir daha vətəndaşların fəaliyyət imkanlarının məhdudlaşdırılması, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərinin pozulmasını qətiyyətlə pisləyir, hakimiyyətdən bu kimi halların qarşısının alınması, ictimai-siyasi qurumların ifadə azadlığının təmin olunması, müxtəlif etiraz aksiyalarının keçirilməsinə şərait yaradılmasını tələb edir”.