XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

08 May 2015 - 05:03

Milli Məclisin bu günkü iclası təxirə salındı

milli-meclis.jpg

Azərbaycan Milli Məclisinin (MM) bu gün keçirilməsi nəzərdə tutulan plenar iclası təxirə salınıb.

MM-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, mayın 8-nə təyin olunan iclasın vaxtının dəyişdirilməsinə səbəb deputatların bir hissəsinin ayrı-ayrı ölkələrdə ulu öndər Heydər Əliyevlə bağlı keçirilən təbdirlərdə iştirak etmələridir.

Beləliklə, MM-in növbəti plenar iclası mayın 15-də keçiriləcək.

Qeyd edək ki, Milli Məclisin mayın 8-nə nəzərdə tutulan iclasının gündəliyinə 5 məsələ – “Reklam haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” qanunlara və Mülki Məcəlləyə dəyişiklik edilməsi, “Vətəndaşların müraciəti haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi daxil idi.