XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Yanvar 2016 - 09:15

Prezident İlham Əliyev: [color=red]“SOCAR özəlləşdirilməyəcək”

ilham serencam.jpg

Azərbaycan hakimiyyəti neftin qiymətinin enməsi şəraitində milli valyutanın saxlanması üçün əlavə səylər göstərmək niyyətində deyil və öz strateji aktivi – Dövlət Neft Şirkətini (SOCAR) özəlləşdirməyəcək. 

Bunu prezident İlham Əliyev Davos Forumu kuluarlarında RİA Novosti-yə deyib.

Neft gəlirləri Azərbaycan ixracının 90%-ə qədərini təşkil edir və milli valyuta manat neftin qiymətinin dörd dəfə enməsi fonunda iki dəfə devalvasiyaya uğrayaraq dollara nisbətdə 50%-dən çox dəyərdən düşüb.

Manata gəlincə, düşünürəm ki, nə lazımdırsa biz artıq etmişik. Zənnimcə, hökumət gələcək heç bir addım atmayacaq. Bugünkü məzənnə neftin indiki qiyməti nəzərə alınmaqla stabildir. Əgər neft enməkdə davam edərsə manata bundan ziyan dəyəcəyini düşünmürəm. Hazırda bu, ədalətli məzənnədir”, – İ.Əliyev bildirib.

Bu yaxınlarda Azərbaycanda elan edilən genişmiqyaslı özəlləşdirmədə Rusiya şirkətlərinin iştirakı ilə bağlı sualın cavabında dövlət başçısı deyib ki, Rusiya onun ölkəsinin yaxın dostudur. “İstəsə, yalnız şad olarıq. Hələlik müraciət olunmayıb, biz yeni elan etmişik”, – o vurğulayıb.

İ.Əliyevin sözlərinə görə, “şirkətlərin siyahısı (özəlləşdirmə üçün) tezliklə müzakirəyə çıxarılacaq”.

“SOCAR dövlətin mülkiyyətində qalacaq, çünki onun strateji aktividir”, – dövlət başçısı qeyd edib