“Ümid edirik ki, Səudiyyə Ərəbistanı tezliklə ağlını başına yığacaq”.
Strateq.az İRİB-ə istinadən bildirir ki, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bu sözləri Davosda Beynəlxalq İqtisadi Forumunun 46-cı iclası zamanı jurnalistlərə verdiyi müsahibədə deyib. Nazirin sözlərinə görə, İran İslam Respublikası özünü Səudiyyə Ərəbistanı ilə düşmənçilikdə görmür.
“İranın qənaəticə, Ərəbistan İranın 5+1 qrupu ilə nüvə anlaşması ardınca özünü itirib, təhrikedici addımlar atıb”, – deyə Zərif vurğulayıb.