XƏBƏR LENTİ

12 Noyabr 2019

Digər Xəbərlər

23 Avqust 2019 - 13:40

Binədə polis əməliyyatı:mübahisə etdiyi şəxsi bıçaqlayan şəxs həbs edildi

Xəzər rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

DİN-nin Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, avqustun 21-də DİN-in “102 – Zəng Mərkəzi”nə Südçülük Sovxozu adlanan ərazidə bir nəfərin yaralı halda yerə yıxılması barədə məlumat daxil olub.

Dərhal Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gəlib və yaralının xəstəxanaya yerləşdirilməsi təmin olunub.

Araşdırmalarla həmin şəxsin Binə qəsəbəsində yaşayan Azər Quliyev olduğu, mübahisə zəminində ona bıçaqla xəsarət yetirildiyi müəyyən edilib.

3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Binə qəsəbəsində yaşayan Aydın Quliyev saxlanılıb. O, törətdiyi əməli etiraf edib.