XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 January 2016 - 19:44

Neftin qiymətində böyük sıçrayış:[color=red] 10% bahalaşma

Dünyannın neft bazarında uzun müddətdən bəri təsadüf olunmayan bahalaşma yaşanıb: neftin qiymətləri bu gün 9-10% artıb.

Strateq.az xəbər verir ki, London birjasında bir barrel “Brent” markalı neft 32 dolları keçib. Bu isə hardasa 10%-ə yaxın bahalaşma deməkdir.

Mütəxəssislər bu yüksəlişin səbəbini son zamanlar qiymətlərin hədsiz azalmasının müştəriləri “qara qızıl” almağa təşviq etməsiylə əsaslandırırlar. Onların bildirdiyinə görə, alıcılar arasında yaranan rəqabət istər-istəməz qiymətlərə də öz müsbət təsirini göstərir.

Digər bir səbəb isə qiymətlərin aşağı olması dolayısıyla bir sıra istehsalçıların hasilatı dayandırmasıdır.

Xatırladaq ki, bir neçə gün öncə BƏƏ kimi ciddi neft hasilatçısı bu cür addım atacağını bəyan etmişdi. Eynilə nefti baha çıxaran bir sıra sənaye ölkələrinin də bənzər addımı atacağı güman olunur. Görünür, bu da neftin bahalaşmasında təsirli olmuşdur.

Qiymətlərin yüksəldiyi sıralarda İrandan gələn bir xəbər isə bu sevincin uzun sürməyəcəyi, “qara qızıl”ın yenidən ucuzlaşacağı ehtimalını yaradır. Belə ki, İran prezidenti Həsən Ruhani mətbuata açıqlamasında ölkəsinin neft hasilatını gündə 1 milyon barrelə çıxaracağını elan edib.

Ruhani həmçinin ildə 8% böyümə üçün ölkə iqtisadiyyatına 50 milyard dollar həcmində investiyalar qoymağı fikirləşdiklərini də gizlətməyib. İran prezidentinin bu sözləri illərlə iqtisadi embarqoya məruz qalan ölkənin ciddi investisiyalara ehtiyac duyduğundan və bu pulu əldə etmək üçün neftin hasilatını maksimum şəkildə artıracağından xəbər verir.