XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

23 Yanvar 2016 - 06:04

Erməni mətbuatından maraqlı iddia: [color=red] Qərb xristianlığın və İslamın yeni variantını yaradır

lgtb.jpg

Ölkəmiz 2016-cı ili siyasi mənada yetərincə dramatik mühitdə qarşıladı. Yaxın Şərqdə mövcud olan münaqişələrə həmçinin Səudiyə Ərəbistanı ilə İran arasında müharibə təhdidi verən münaqişə əlavə olundu, Türkiyə ilə Yunanıstan arasında gərginlik çoxalır, İslam etiqadlı “qaçqın” deyilənlər Avropada kütləvi qarət və zorlamalarla Yeni il gecəsini murdarlayıb həyasızcasına özünütəsdiq cəhdi həyata keçirtdilər.

 

Xarici siyasi mühit

 

Ölkəmizin xarici siyasi mühitinin necə görünəcəyi önəmli dərəcədə Rusiya ilə ABŞ arasındakı geopolitik münaqişənin inkişafından asılıdır. Bundan başqa, sərhədlərimizin yaxınlığında gözlənilməz nəticələrlə dolu kəskin münaqişələr mövcuddur. Üstəgəl, təxminən, bu ilin otralarında Ermənistan-AB sənədlərinin imzalanması nəzərdə tutulub, lakin Avropanın və Avropa Birliyinin özünün taleyi haqda xeyli qeyri-müəyyənliklər göz qabağındadır. Bu sənədlərin imzalanmasının nəzərdə tutulduğu ilin ortasına doğru Avropanın necə olacağını indidən söyləmək çətindir – nisbətən sabit olacaqmı, radikal islamın yayılmasına müqavimət göstərəcəkmi və yaxud onun qarşısında tərk-silah olacaq? Avropanın milli oyanışı baş verəcəkmi, yoxsa Avropa cəmiyyəti həyat qabiliyyəti potensialını və ləyaqətini dönməzcəsinə itirib?

Bundan savayı, 2014-cü ildə Strasburqda AB-nin bir sıra ölkələrinin siyasi və dini elitaları tərəfindən dövlət suverenliyi institutunun ləğvini nəzərdə tutan memorandum imzalanıb, təhsil sisteminə yeni, əxlaqsız yeniliklər daxil edilməsi, uşaq pornoqrafiyasının leqallaşdırılması, uşaqbazların hüquqlarını tam şəkildə tanıyan “xristianlığın” yeni variantının yaradılması nəzərdə tutulur.

Dünya dinlərinə gəlincə, gülünc “LQBT xristianlıq”la (LQBT – ingiliscə lesbiyanları, geyləri, biseksualları və transgenderləri bildirən qısaldılmış söz – red.) yanaşı, hazırda İŞİD-in təmsil etdiyi, planetin bütün əhalisinin azğın nifrətini doğuran, qorxunc, adamyeyən İslam yaradılır. Şübhə etməmək olar ki, həm xristianlığın, həm də islamın eybəcər redaktəsinin yaradılması eyni kuklaoynadanların işidr və eyni kürəsəl proqrama xidmət edir.

 

Ermənistana xarici təzyiq

 

Ölkəmizə Qərb, xüsusən də Amerika basqısının artmaqda olması aşkar faktdır.

Bu, həm ABŞ səfirinin ölkəmizin daxili işlərinə tez-tez və ədəbsiz şəkildə qarışmağında, istər ATƏT, istərsə də beynəlxalq hüquq müdafisəi təşkilatları kimi beynəlxalq qurumlar tərəfindən antiermənistan qətnamələrinin meydana çıxmasında təzahür edir.

Söhbət təkcə Azərbaycanyönlü sənədlərdən deyil, həm də Ermənistana ziyan vuran bütün güclərə və insanlara dəstək və qəyyumluqdan gedir. Məsələn, Amnesty International hüquq müdafiəsi təşkilatı ifrat antikonstitusion çağırışlarla çıxış edən və polislərə qarşı zorakılıq tətbiq edən fəal-ekstremist Gevork Səfəryanın həbsiylə bağlı Ermənistan Respublikasının Baş Prokurorluğuna ultimativ məktub göndərib.

Əlbəttə, hazırda öz zirvəsinə çatmış ən azğın antidövlət və antiordu təbliğatı yenilik olmadığı kimi, istər mavi olsun, istər feminist və ya istərsə də antivətənpərvər liberal olsun, hər cür psixi və cismani pozğunluğu olanlara qəyyumluq da yenilik deyil.

Hələ keçən ilin sonunda açıq şəkildə tendensiya üzə çıxdı – Azərbaycan tərəfdən artan hərbi fitnələrin çoxalması. Aydındır ki, Azərbaycan tərəfdən hərbi fitnəkarlıqlar və onun miqyasının genişləndirilməsi vaxtı yeni silahların bütün növlərinin tətbiqi artan tendensiya olaraq qalır və buna təkcə Qərb əl bulamayıb, Türkiyə də “kiçik qardaş”a təzyiq göstərib, onu hərbi əməliyyatlara məcbur etmək istəyir. Əlbəttə,  ordumuz bu çağırışlara tutarlı və dəqiq şəkildə cavab verir. Buna görə də ehtimal etmək olar ki, ABŞ hansısa vaxtdan sonra ölkəmizə münasibətdə birbaşa sanksiyalar tətbiq edəcək.

Hovanes Qalacyan

Iravunk (Ermənistan), 22.01.2016