XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

08 May 2015 - 05:43

Türkiyəni seçim qarşısında qoyublar –TƏHLİL

Zaman Rusiyanın əleyhinə işləyir

Ukrayna-Krım böhranına görə ona edilən təzyiqlərə İran və husilər vasitəsilə cavab verən və Yaxın Şərqdəki yeni böhran zonalarını hədəfə götürən Rusiya ABŞ-a Aralıq dənizindən cavab verir (Mayın 11-də Rusiya və çin donanmalarının Aralıq dənizində birgə təlimi başlanır-red). Əlbəttə, Ruiyanın bu cavabı təkcə çinlə məhdudlaşmayıb. Həmçinin Rusiya ilə Yunanıstan və yaxud Güney Kipr arasında baş verənlərin hamısını, həm də bu zaman qarşıya qoyulan hədəfləri nəzərdə saxlamaq lazımdır. Yunanıstanla AB arasındakı böhran və bu ölkədə Almaniyaya və bütün Avropa Birliyinə qarşı artan düşmənçilik, həmçinin Balkanlardakı təhlükəli sakitlik, düzünü desək, Rusiyanın mövqeyini günbəgün gücləndirir.

Bütün bunlar, bax, belə görünür.

Ukrayna və Gürcüstanda oyun oynamadığını bütün dünyaya, ilk növbədə isə postsovet məkanına sübut edən Rusiya yaxın xaricə yekun biçim vermək istəyir. Boz rəngə tab gətirmədiyini dalbadal anlatmağa çalışan Moskva qonşularına deyir: “Tərəf seçin”.

Türkiyənin baxımından bütün bu hadisələr nəyi bildirir? Seçkiqabağı prosesə və onun nəticələrinə uğraşdığı bir dövrdə Türkiyənin xarici siyasətindəki hansı gündəlikdən söhbət gedir? Lakin daha önəmli olanı – Türkiyə bu yeni mərhələyə nə dərəcədə hazırdır? Məsələn, xarici siyasətdə “bahalı yalqızlıq” yaşayan Ankara indiki xəttini nə vaxtadək davam etdirə bilər?

Şübhəsiz ki, bölgədə varlığını tədricən artıran Rusiya-çin-İran üçlüyü Türkiyəni yeni mövqe tutmağa məcbur edir. çin, İran, Ermənistan, Yunanıstan, Güney Kiprin yunan hökumətini və Suriyanı öz tərəfinə çəkən, həmçinin Misirlə müəyyən məqamlarda son dərəcə nadir birliyə nail olan Rusiya Türkiyəni, praktik olaraq, seçim etməyə itələyir. Moskvanın Türkiyəni deyil, Ermənistanı dəstəklədiyi “soyqırım” zəngciyi də məhz bununla bağlı idi.

Bu mənada Qərblə Türkiyənin münasibətlərində yaranmış böhran xeyli dərəcədə Rusiyaya sərf edir və o, bir sıra baş tutmuş faktların köməyi ilə durumu öz xeyrinə dəyişdirməyə cəhd edir. çünki Rusiya bu böhranın dərinliyinə inanmır. Buna görə də bu barədə açıq deyilməsə də, bu münasibətlərdə Türkiyəyə nisbətdə inam problemi qalmaqdadır. Bu durumda bizim hökumətimiz hansı siyasəti seçə bilər?

Hər şeydən öncə başı üstündə ciddi təhlükə olduğuna inanan Rusiyanın bir sıra irrasional, qaba gücə əsaslanan düşməncəsinə çıxışlarını özümüzə yönəltməmək üçün Türkiyənin ayıq-sayıq və diqqətli olması lazımdır. Zaman Rusiyanın əleyhinə işləyir. Lakin Qərblə Rusiyanın quduzcasına bir-birinin üstünə cumması Türkiyənin xeyrinədir.

Eyni zamanda Türkiyə Rusiya-çin qarşılıqlı fəaliyyətini nəzərə almaqla mütləq çinlə münasibətdə balans siyasətinə riayət etməlidir! Hər bir halda Türkiyə çinə lazımdır. Ehtimal ki, Türkiyəsiz çinin “qərbə irəliləmək” siyasəti çolaq ördəkdən heç nə ilə fərqlənməyəcək. Türkiyə belə bir durumda, əslində, güclü ələ malik oyunçudur. Buna görə də çinin Türkiyəyə nisbətdə Rusiyadan asılı olmayan siyasəti izləmək zərurəti meydana çıxmalıdır. Bununla bağlı olaraq Ankaranın bir sıra kəskin məqamları Pekinin nəzərdən keçirtməsi üçün təqdim etməyi gərəkdir. Güman ki, bu gün Türkiyə- Qərb münasibətləri olduqca çətinliklə səflənə bilir. Amma bu, çətin ki çox çəksin.

Artan Rusiya təhdidi Türkiyəni növbəti dəfə təhlükəsizlik sahəsində Qərb siyasətinin mərkəzinə gətirəcək. Türkiyə yenidən önəmli oyunçuya çevrilir. Bunu diqqətdən yayındırmaq lazım deyil ki, Türkiyə Şərq və Qərb güclərinin mübarizəsində müəyyənləşdirici rol oynayır. Nəticə etibarilə sonralar türk xarici siyasəti baxımından manevr üçün bizə daha çevik məkan formalaşacaq. Buna görə də hər şeyə baxanda, Şərqlə Qərb arasında mühüm həlqə kimi öz mövqeyini gücləndirən Türkiyənin müəyyən addımlar atması lazımdır. Hər şeydən əvvəl, ölkəiçi böhrana son qoymaq və yaxın xariclə mümkün qədər tez yeni münasibətlər qurmağa başlamaq lazımdır. 7 iyun seçkiləri bunun üçün son dərəcə uğurlu fürsətdir.

Hazırda dünyada biçimlənəın siyasi mənzərəni nəzərə alsaq, iddia etmək olar ki, yeganə çıxış yolu qarşılıqlı inama söykənən yeni əməkdaşlıq prosesinə başlamaqdır. Əks halda durum tamamilə nəzarətdən çıxa bilər və baş tutmuş faktları seçim imkanı olmadan qəbul etməyə məcbur olarıq. Bu hamımız üçün məğlubiyyət demək olacaq. Ki son yüz ilimizin siyasi tarixi də bunu sübut edir…

Mehmet Seyfəddin Erol

“Milli Gazete” (Türkiyə), 07.05.2015