XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

23 Yanvar 2016 - 12:36

ANS-MTRŞ qovğasının sirri açılır: [color=red]Mirşahinin niyə “xəstələndiyi” bilindi, axşam “sağalacaq”

ans-mtrs.jpg

Məlum olduğu kimi, bu gün Milli Televiziya və Radio Şurasında ANS tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı mətbuat konfransı keçirilib. 

Qurumun sədri Nuşirəvan Məhərrəmli Şuranın ANS telekanalının “Hesabat” verilişinə qoyduğu qadağayla bağlı məsələyə də aydınlıq gətirib: 

“ANS-lə bağlı MTRŞ-nin verdiyi bütün qərarlar qanuna əsaslanıb. ANS də daxil olmaqla, digər kanallarda da pozuntular minimuma endirilib. Amma Azərbaycan efirində hələ görüləsi çox işlər var. ANS kanalı ilə bağlı verdiyimiz qərardan sonra bizə qarşı olan qərəzli iddiaları qətiyyətlə rədd edirik. Teleseriallarla bağlı prezident tərəfindən ayrılan puldan ANS-ə 1 milyon 760 min, LİDER TV-yə 1 milyon 800 min pul köçürülüb. Ayrılan pulların xərclənməsi ilə bağlı biz ANS və İTV-yə qarşı məhkəməyə müraciət etmişik. ANS-ə bildirilmişdi ki, serial başa çatdıqdan sonra pulun 40 faizi ödəniləcəkdi. Bu pul ANS-ə ona görə veriləcəkdi ki, onlar “Abşeron” serialı çəkməli idilər. Lakin sonda bizə təqdim etdikləri serialın adını dəyişib “Sevgi” qoymuşdular və məzmun sevgi haqda idi. Biz də bunu qəbul etmədik. Çünki müqavilə şərti pozulmuşdu. ANS-ə 1 milyon 760 min manat pul ayrıldı. Amma hansı seriallar çəkildi? “Xoca” 2 seriyadan ibarət idi, “Ağabəyovlar” serialına görə ANS-ə dəfələrlə xəbərdarlıq olunub. O serialda nalayiq ifadələr işlənirdi. Əxlaqsız ifadələr qanun pozuntusudur və bu gün sözügedən ifadələrdən hələ də telekanalda istifadə olunur”

Bununla belə o, “Hesabat” verilişinə dünən qoyduqları qadağanı dondurduqlarını elan edib. Şura sədrinin sözlərinə görə, qərarın icrası ANS telekanalının səmimi etirafları nəzərə alınaraq, təxirə salınıb…

Maraqlıdır ki, MTRŞ-in ANS-dəki qanun pozuntuları ilə bağlı mətbuat konfransı keçirəcəyi saatlarda ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin xəstəxanaya yerləşdirildiyi xəbəri yayılıb. Xəbərdə deyilirdi ki, tanınmış jurnalistin ürəyində ciddi problem yaranıb və o, təcili olaraq Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. ANS Şirkətlər Qrupu prezidentinin media məsələləri üzrə müşaviri Mais Məmmədov da faktı təsdiqləmişdi.

Ancaq strateq.az-a daxil olan informasiyalara görə, Mirşahinin qəfil xəstələnmə xəbəri MTRŞ-in keçirdiyi mətbuat konfransına "Hesabat" verlişinin müəllifi kimi dəvət almasından sonra çıxıb. 

İddiaya görə, Mirşahin məhz bu tədbirə qatılmamaq və vəziyyətin gərginləşməməsi, nəticənin tam aydınlaşması məqsədiylə müvəqqəti "xəstələnib" və klinikaya yerləşdirilib. Bir müddət sonra onun səhhətinin qaydasında olduğu açıqlanacaq…

ANS-MTRŞ davasının arxasında isə, hakimiyyət içərisində mediaya nəzarət uğrunda iki ciddi qrupun savaşının durduğu iddia edilir…

*** 

Qeyd edək ki, strateq.az-ın ANS-MTRŞ qovğasının və Mirşahinin qəfil "xəstəliyi"nin səbəbləri ilə bağlı yaydığı məlumat artıq təsdiqini tapmaqdadır. Belə ki, ANS-in rəhbəri Vahid Mustafayevin açılqaması yayılıb və o, MTRŞ-in “Hesabat”la bağlı qərarının məhz prezident İlham Əliyevin göstərişi ilə ləğv olunduğunu söyləyib:

“ANS TV-nin efirində 15 il yayımlanan, milyonlarla tamaşaçı auditoriyası qazanan “Mir Şahinlə Hesabat” həftəlik analitik-informasiya proqramının yayımının bir ay müddətində dayandırılması barədə Milli Televiziya və Radio Şurasının 22 yanvar 2016-cı il tarixli əsassız, qərəzli və qanundankənar qərarı Azərbaycanda və xaricdə geniş rezonansa səbəb oldu.

İsveçrədə işgüzar səfərdə olmasına baxmayaraq, həmişə azad sözə və mətbuata dəstək olan prezident İlham Əliyev baş verən hadisələr barədə məlumat aldıqdan və vəziyyəti dəqiqləşdirdikdən sonra lazımi qurumlara ANS TV-nin “Hesabat” proqramının yayımı ilə bağlı qoyulan qadağaların ləğvi barədə göstəriş verdi.

Dövlət başçısı həmişə olduğu kimi, Azərbaycanda demokratiyanın, söz azadlığının, müstəqil mətbuatın və eyni zamanda sahibkarların yanında olduğunu bir daha nümayiş etdirdi. Bununla da prerzident növbəti dəfə vətəndaşlarının Konstitusiya hüquq və azadlıqlarının qarantı olduğunu isbat etdi.

Mən, ANS Şirkətlər Qrupunun kollektivi və milyonlarla tamaşaçımız, dinləyicilərimiz və oxucularımız adından pPrezidentimizə tutduğu ədalətli mövqeyə görə, bir daha dərin minnətdarlığımı bildirirəm".

Strateq.az