XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

23 Yanvar 2016 - 13:37

Putin Türkiyəni yeni fitnəyə çəkir: [color=red]Rusiya Qamışlıda hərbi baza qurur

kamisli.jpg

Rusiya hərbi ekspertlərinin sərhədimizin yanındakı Qamışlı şəhərinə göndərilməsi, bu bölgədə yeni uçuş zolağının yaradılması…

Bütün bunlar yalnız bir mətləbdən xəbər verir: 

Rusiya Türkiyədən güneyə sarı hərbi baza yaradır.

Məqsəd – Kürdüstan Fəhlə Partiyasının (PKK) şaxələnməsi olan “Demokratik Birlik” partiyasına (PYD) hərbi və logistik dəstək verməkdir. Rusiya Suriyanın quzeyində sərhədlərimizin yanında “muxtar kürd bölgəsi” yaratmaq və onun vasitəsilə Türkiyədə terrorçu fəaliyyətə yardım olmağa cəhd edir.

Bundan savayı, Rusiya Türkiyəyə qarşı bu bölgədə bəzi təhdidlər doğurası sipər biçimləyəcək. Bu ərazilərə açılan atəş Rusiya hərbçilərinə qarşı yönəlmiş hesab ediləcək. Rusiya hərbçiləri Qamışlıya məhz buna görə gəliblər. Rusiyanın məqsədi və planı bu cürdür. Quzey Suriya Quzey İraqın bənzəridir… Türkiyədəki “İncirlik” bazasının tipində Suriyanın quzeyində aviabaza…

Türkiyə bu qarmağa düşəcəkmi?

Rusiyanın Suriyada oynadacağı kürd "kozır"ı haqda artıq əvvəllər yazmışdıq. İmperializmin dəyişilməz qanunu. Xalqların arzusundan “baza” qismində yararlanmaq… Sənə tabe xalqların istismar sistemini yaratmaq…

Sovet İttifaqı belə edirdi. Hazırda Putinin dönəmində Rusiya da bu cür hərəkətə cəhd edir. İndi bilirik ki, imperializm öz planlarını dəyişmir. Rusiya Ukraynada, Gücüstanda, Krımda və Ermənistanda özünü bu cür aparır. Onun Aralıq dənizi bölgəsindəki hədəfi isə Suriyadır. Rusiya zəifləmiş Əsədi özünə tabe edib Türkiyədən güneydə  baza yaradır. Həm də Türkiyəni fitnəkarlığa çəkə biləcək baza. Qanlı və təhlükəli oyundur.

Qaziantəpdə məktəbin həyətinə Suriya tərəfdən atılmış mərmi düşdü. Putin Tükiyəni yenidən fitnəyə çəkəcək və bizimlə hələ dəfələrlə qəddar zarafatlar edəcək.

Ermənistanın "kozır"ı

Rusiya Türkiyənin güney hüdudlarında PYD-yə dəstək verməklə, Azərbaycana hücum edən Ermənistana kömək olur. Rusiya təyyarəsi məhv edildikdən dərhal sonra Rusiya Ermənistanla vahid HHM sistemi yaratdığını bildirdi və bu, elə-belə məsələ deyil.

Rusiya Türkiyənin Azərbaycana özəl münasibətini bilir. Və ən mühümü, Qara dəniz – Xəzər oxu üzrə energetik dəhlizin önəmini başa düşür. Həmçinin Türkiyə ilə Azərbaycanın bu məsələdə əməkdaşlığı ona məlumdur.

ABŞ Rusiyaya qarşı çıxış edə bilərmi?

Rusiya hərbçilərinin Qamışlıya göndərilməsinə qıcıq necə olacaq? PYD ilə PKK-nın münasibətləri məlumdur. Allahın altında hamı bilir ki, PKK muxtariyyət xülyasındadır və Türkiyədə şəhər terorruna başlamaq istəyir. Bundan başqa, sənədli sübutlar var ki, PKK logistik (maddi-texniki-red.) dəstəyi Suriyadakı PYD-dən alır. Aydındır ki, Rusiya Türkiyənin güney sərhədlərinin yanında PYD-yə təlim keçəcək və onu silahlandıracaq və ən başlıcası, ona sipər olacaq.

ABŞ buna reaksiya verəcəkmi? Və bu reaksiya necə olacaq? Məgər elə onların özü Quzey İraqda peşmərgəyə təlim keçməklə eyni şeyi etmirdimi? Məgər ABŞ Ərbildə İncirlikdəkindən böyük aeroport inşa etmədimi?

İndi Rusiya haradasa eyni addımı Qamışlıda atır. Bəs Rusiya PYD-i Suriya üzrə danışıqlara dəvət etsə, necə?

ABŞ peşmərgəni İraqın gələcəyi haqda danışıqlara dəvət etdi… Hətta məgər İraqın prezidenti Tələbani olmadımı? Görünən dağa bələdçi lazım deyil…

İmperializm öz planlarını dəyişmir… Və onun bu ərazilərdəki oyunlarının sonu görünmür. O, müstəqillik qazana biməyən xalqların ümidlərinə əsaslanıb istənilən ssenarini yazır. Bu bölgədə bu ssenarini poza biləcək ancaq bir ölkə var. Bu, müstəqllik savaşı aparmış Türkiyə Cühuriyyətidir. Və hazırda onu dövrəyə alırlar. NATO-ya daxil olmayan Rusiya və Suriya NATO üzvü Türkiyəni zəiflətməkdən ötrü əllərindən gələni edir.

Bu cür təhlükəli mühasirəyə qarşı nə edəcəyik?

Bizim birgə duruş gətirmək, qəzəb və kindən təmizlənmək və qarşıdurmamımızı dayandırmaqdan savayı özgə çıxış yolumuz yoxdur. Çünki başqa Türkiyə yoxdur…

Fatih Çəkirgə

Hurriyet (Türkiyə), 23.01.2016