Rusiya höküməti Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyi ilə bağlı bayram tədbirinə 28,5 milyard rubl ayrılıb.
Strateq.az bildirir ki, bu barədə Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov “Russia Today” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, məbləğin böyük hissəsi veteranlara maddi yardım kimi veriləcək. Bu pulun 12,5 milyardı veteranların mənzillə təmin olunmasına sərf olunacaq.
“Rusiyada hazırda mürəkkəb iqtisadi vəziyyət yaranıb. Bu belədir. Amma biz Qələbə Günü ilə bağlı xərcləri azaltmamağa qərar verdik”-deyə İvanov vurğulayıb.
X. SƏFƏRLİ